Yuxarı

“Nə vaxta qədər varlılar Avropaya, kasıblar İrana axışacaq?”

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nərmin Hüseynliyə yardım kampaniyasını davam etdirməklə yanaşı, yeni bir kampaniyaya da başlamaq lazımdır".

Bu sözləri "Axar.az"a açıqlamasında ictimai fəal Bəxtiyar Hacıyev bildirdi. Onun sözlərinə görə, bu kampaniyada iki tələb irəli sürmək lazımdır:

"Birinci, icbari tibbi sığortanın tətbiqinə başlanmalıdır. Çünki 3-5 nəfər üçün ianə kampaniyaları təşkil edilə bilər, amma hamı üçün bu edilə bilməz, yüzlərlə, minlərlə insanın təcili müalicəyə ehtiyacı var. Heç kim də sabah hər hansı bir xəstəliklə üzləşəcəyindən, ailəsinin müalicə üçün imkanlarının olacağından əmin ola bilməz. Ona görə də dövlət bütün vətəndaşların sığortalanması, müalicəyə ehtiyacı olduqda isə xərclərinin ödənməsi məsələsini ən qısa zamanda həll etməlidir.

İkinci, səhiyyə sistemində ən qısa zamanda yüksək islahatlar həyata keçirilməlidir".

B.Hacıyev bildirir ki, səhiyyə sistemindəki çatışmazlıq ölkədən həm də pul axınına səbəb olur – varlılar Avropa, orta təbəqə Türkiyə, kasıblar isə İran xəstəxanalarına pul tökür:

"Niyə 23 il müstəqil olan, milyardlarla dollar neft gəlirlərinə sahib ölkənin varlı vətəndaşları Avropa xəstəxanalarına, kasıb vətəndaşları isə dost, qohum, qonşunun köməyi ilə İran, Türkiyə xəstəxanalarına üz tutmalı, onlara xeyir verməlidirlər? Niyə gəlir səviyyəmizdən asılı olmayaraq, hər bir vətəndaşımızın sabah ağır xəstəliklə üzləşəcəyi vaxt "dövlətimə, xəstəxanalarıma, həkimlərimizə güvənirəm" deyəcəyi bir səhiyyə sistemimiz olmamalıdır?"

Bəxtiyar Hacıyev ölkə rəhbərliyinə, Milli Məclisə müracətin hazırlanması və minlərlə vətəndaş tərəfindən imzatoplama kampaniyasına başlanmasını təklif edir.

Tarix
2014.02.28 / 23:29
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla