Yuxarı

"Şalvarsız aksiya"ya kim qoşulacaq? - Sorğu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bir qrup gənc metronun "28 May" stansiyasının girişinin əsaslı təmirdən sonra açılış günü "Metroda şalvarsız bir gün" aksiyası keçirəcək. Martın 1-nə planlaşdırılan flaşmob "28 May", "Gənclik" və "Sahil" stansiyalarında keçiriləcək. Birmənalı qarşılanmayan aksiya təşəbbüsünə Gənclər Təşkilatlarının fərqli yanaşması var.

"Nida" vətəndaş hərəkatı İdarə Heyətinin üzvü Turqut Qəmbər "Axar.az"a bildirdi ki, aksiyadan məlumatsızdır:

"Məlumatım olmadığı üçün bir söz deyə bilmərəm. Hansı məqsədlə keçirilməsindən də xəbərim yoxdur. Məlumatım olmayan xəbər barədə bir söz deməyim düzgün olmaz. Təşkilatımız adından kimlərinsə orada iştirak edib-etməyəcəyi haqda bir söz deyə bilmərəm".

"Azərbaycan Avropa Hərəkatı"nın prezidenti Ramin Hacılı isə özü aksiyada iştirak etmək fikrində olmasa da, gənclərə dəstək verir: "Mən özüm bu aksiyada iştirak etmərəm. Ancaq bu o demək deyil ki, belə aksiyalara qarşıyam. Təşkilatımızdan kim istəyirsə iştirak etməkdə sərbəstdir. Ümumiyyətlə, gənclərə belə məsələlərdə qadağa qoymaq düzgün deyil. Şalvar, şort, mini ətək problemi çoxdan aradan qalxmalı idi.

Ancaq bizdə hələ də belə şeylər müzakirə olunur. Gənclik çılğın olur və sərbəstliyi sevir. Bunun qarşını almaq lazım deyil. Təbiətcə çılğın olmayan gənclik, zənnimcə, heç bir işə yaramayan gənclikdir. Belə təşəbbüslə çıxış edən gənclərə qarşı anlayışlı olmaq lazımdır.

Gənclik sərhədləri sevmir. Xaricdə tez-tez təkrarlanan belə aksiyalar heç müzakirə edilmir də. Çünki onlar artıq o problemi aşıblar. Bizim gənclik də aşmalı və məişət problemlərində ilişib qalmamalıdır, dünyaya çıxmalıdır".

"Dalğa" Gənclər Hərəkatının media koordinatoru Nurlan Osmanlı gənclərin flaşmobuna qarşı çıxmasa da, bunun normal qarşılanmayacağını bilir:

"İstənilən halda Azərbaycanda bu aksiyaya qarşı çıxacaqlar. Bu aksiyanı kimlərin təşkil etməsindən məlumatsızam. Ancaq təşkilatımız adından kimlərsə iştirak etmək istəsə, buna qarşı çıxmayacağıq. Özüm də qoşula bilərəm aksiyaya. Ancaq bu, həm də aksiyanın nə məqsədlə təşkil edilməsindən asılıdır".

VHP Gənclər Təşkilatının sədri Pünhan İmamlı isə aksiyanın məqsədini bilmədiyini dedi: "Hansı təşkilatın təşkil etdiyindən də məlumatım yoxdur. Aksiyanın təşkilatçısı, məqsədi barədə məlumatımız olmadığından, iştirakımızı da məqbul saymırıq".

Qeyd edək ki, "Metroda şalvarsız səyahət" aksiyası bütün dünya üzrə gənclərin təşkil etdiyi ən diqqət cəlb edən flaşmoblardan biridir. "Improve Everywhere" adlı qrup 2002-ci ildən bəri dünyanın bir çox şəhərlərində belə aksiyalar keçirir.

İndiyə kimi dünyanın 60-dan çox şəhərində "Metroya şalvarsız girənlər" aksiyası keçirilib. Bu ilin yanvarında aksiya dünyanın 25 ölkəsinin 60 şəhərində eyni gündə keçirilmişdi. 13 il ərzində flaşmobun keçirilmə mexanizmində ciddi bir dəyişiklik edilməyib: bir qrup adam metroya daxil olur, özlərini adi sərnişin kimi aparır və birdən əyinlərindəki şalvarı çıxarırlar.

Tarix
2014.02.28 / 17:27
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla