Yuxarı

Azərbaycanda dəhşətli qəza: 4 ölü, 2 yaralı - Yenilənib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda dəhşətli yol qəzası baş verib.

"Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə günorta saatlarında Bakı-Qazax magistralının Şəmkir rayonundan keçən hissəsində qeydə alınıb.

"QAZ 24" və "VAZ 21011" markalı avtomobillərin toqquşması nəticəsində üç nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı bildirilib.

Ölənlərin və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

20:00

Bu gün Bakı-Qazax yolunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı həlak olanların şəxsiyyəti məlum olub.

Hadisə nəticəsində "QAZ-24"-ün sərnişini, Samux rayonunun Qovlar Sarı kənd sakini, 38 yaşlı İsgəndər İsmayılov, "VAZ 21011" markalı avtomobilin sürücüsü, Şəmkir rayon Sabirkənd kənd sakini, 67 yaşlı Rəsul Əliyev, sərnişinləri, həmyerliləri, 65 yaşlı Rəfiqə Əliyeva, 41 yaşlı Rəqibə Əliyeva hadisə yerindəcə keçiniblər. "QAZ 24"-ün sürücüsü, Elçin Xəlilov və "VAZ 21011"-də olan bir sərnişin bədən xəsarətləri ilə Şəmkir Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

20:02

"Axar.az" xəbər verir ki, bu gün Bakı-Qazax yolunun 375-ci kilometrliyində, Şəmkir rayonu ərazisində "VAZ" və "QAZ" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar Fövqəlada Hallar Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində xəsarət almış bir sərnişin və iki meyit vətəndaşlar tərəfindən, deformasiyaya uğramış "VAZ" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmiş sərnişin və bir meyit yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxarılaraq aidiyyətı üzrə təhvil verilib.

Tarix
2014.02.28 / 20:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla