Yuxarı

Rusiya öz oturduğu budağı kəsmək istəməz - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə bəzi avropalı iqtisadçılar Avropanın təbii qazla bağlı Rusiyadan asılılığının artacağı ilə əlaqədar açıqlama verib. Reytinq agentliklərində yer alan xəbərə görə, hazırda Avropa ölkələrində istifadə edilən təbii qazın yarısına qədəri (təqribən 43%) Rusiyadan idxal edilir və bu qazın böyük bir qismi Ukrayna üzərindən daşınır. Bəzi iqtisadçılar isə qitənin Moskvadan təbii qaz asılılığının getdikcə artaraq 80 faizə çatacağını bildirirlər.

Sıxılmış qaz məsələsi aktuallaşa bilər

"Axar.az"ın suallarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, deyilən məlumatlar doğru deyil və bu Rusiyanın, xüsusən də "Qazprom"un lobbiçilik fəaliyyətinin nəticəsidir: "Mən şəxsən bu xəbərə inanmıram. Əksinə, yaxın gələcəkdə Avropanın Rusiyadan asılılığının azalması prosesi baş verəcək. Asılılıqla bağlı yayılan xəbərlər "Qazprom"un lobbiçiliyi ilə həyata keçirilir. Onlar dünyada müəyyən bir fikir, ajiotaj yaratmaq istəyirlər. Amma hazırda əks işlər gedir. Məsələn, tezliklə İranla problemlər həll edilən kimi Türkiyə üzərindən təxminən 20-25 milyard kub metr qaz Avropa bazarına çıxarılacaq. Həmçinin sıxılmış qaz bazarının daha da genişlənməsi, hətta ABŞ, Avstraliya və Səudiyyə Ərəbistanında təbii qazın sıxılmış şəkildə Avropaya gətirilməsi gündəmə gələ bilər. Düşünürəm ki, tezliklə Avropanın Rusiyadan təbii qaz asılılığı 28-29 faizə düşəcək".

Natiq Cəfərli mətbuatda yazılanların əksinə olaraq Ukrayna və Krımda baş verən hadisələrin Rusiya və Ukrayna arasında təbii qazla bağlı münasibətlərinə elə də təsir etməyəcəyini qeyd etdi: "Əvvəlcə onu qeyd etmək istəyirəm ki, burda Rusiyanın da öz maraqları var. Əgər rəsmi Moskva qazın Avropa bazarına çıxarılmasına problem yaratsa, bu onun büdcəsinə öz mənfi təsirini göstərəcək. Təkcə bir faktı deyək ki, qonşu dövlətin yalnız büdcəsinin 30 faizi qaz gəlirləri təşkil edir. Ola bilər qısa müddətli müəyyən lokal problemlər yaşansın, amma uzunmüddətli və xüsusən də konkret məsələlərdə hansısa problemlərin yaşanacağını düşünmürəm. Ölkələr arasındakı asılılıq qarşılıqlıdır. Obrazlı desək, Rusiya öz oturduğu budağı kəsmək istəməz".

Tarix
2014.02.28 / 16:09
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla