Yuxarı

DSMF-də “Açıq qapı” günü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Azərbaycan Respublikası "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq "Açıq qapı" günü-vətəndaş forumu keçirilib.

Fondun ictimaiyytələ əlaqələr sektorundan "Axar.az"a verilən məlumata görə, tədbirdə dövlət qulluğuna qəbul və dövlət qulluğunda irəli çəkilmənin əsasları kimi mövzular müzakirə edilib.

Forumda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın imtahanlarını uğurla vermiş ehtiyatda olan namizədlər, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunları, Dövlət Sosial Müdafiə Fondunun gənc əməkdaşları, media mənsubları və digər şəxslər iştrak edib.

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev ölkə üzrə dövlət qulluqçularının 10 faizinin Fondda çalışdığını və onların arasında gənclərin üstünlük təşkil etdiyini vurğulayıb. Onun sözlərinə görə, 2007-2013-cü illərdə DSMF üzrə keçirilən müsabiqələrdə 1918 nəfər namizəd iştirak edib, bunlardan 530 nəfəri qalib gəlib və uyğun namizədlər müvafiq vəzifələrə təyin olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov forumdakı çıxışında Komissiyanın əsas fəaliyyət prinsipləri barədə məlumat verib. Komissiya sədri bütün dövlət orqanlarında tətbiqinə başlanılması məqsədilə DSMF-nin aparatında qulluq keçən dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə pilot layihənin nəticələri barədə məlumat verib.

Tarix
2014.02.28 / 15:47
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Azərbaycan-Ermənistan sərhədində ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla