Yuxarı

Röyanın Kreml konsertində fantastik qiymətlər – Özəl

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Röya Ayxanın bu il aprelin 18-də Moskvada Kreml Sarayında keçirilməsi nəzərdə tutulan konsertinə bilet fantastik qiymətədir.

"Axar.az"a Moskvadakı soydaşlarımızın verdiyi məlumata görə, yerindən asılı olaraq konsertə biletlərin qiyməti 220 dollardan 270 dollara qədər dəyişir. Konsertə ən ucuz bilet isə sarayın balkonundakı yerlərdir. Burda biletin qiyməti 70 dollardır. Konsertə maraq o qədər böyükdür ki, hazırda sözün həqiqi mənasında bilet ajiotajı yaşanır.

Soydaşımızın dediyinə görə, Kreml Sarayında sonuncu dəfə hansı azərbaycanlının solo konsert verdiyini heç saray rəhbərləri belə xatırlamır. Düzdür, "bizimkilər tez-tez Kreml Sarayında konsert verəcəm", - deyə anons edirlər. Amma bu həmin saray deyil. Onların konsert verdiyi saray yox, Kreml adlı mədəniyyət evidir. Sadəcə eyni adlı olduğundan, çox adam bunu qarışdırır.

Qeyd edək ki, Kreml Sarayının 6 min tamaşaçı tutduğu bildirilir və buranın bir günlük icarəsi 100 min dollara yaxındır.

Tarix
2014.02.28 / 15:37
Müəllif
Ceyhun Səmədov
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla