Yuxarı

ANS-in efirində lətifə rəzaləti – Video/18+

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlqar Mikayıloğlunun aparıcılığı ilə yayımlanan "Günəbaxan" verlişində canlı yayım zamanı ədəbsiz sözlər işlədilib.

"Axar.az" xəbər verir ki, həmin anları əks etdirən video-çarx oxucularımız tərəfindən redaksiyamıza göndərilib.

Videoda tamaşaçının verilişə zəng etməsi və burada ədəbsiz lətifə danışması qeydə alınıb. Bütün texniki imkanlarına baxmayaraq, canlı yayımda tamaşaçının işlətdiyi qeyri-etik sözlərin qarşısı televiziya tərəfindən alınmayıb. Video-çarxı saytımıza göndərən oxucu buna mütəxəsis və ictimai münasibəti bilmək istəyir.

Qeyd edək ki, verilişin efirdə yayılmasının tarixi göstərilməyib.

Bu, texniki komandanın məsuliyyətidir

Media eksperti Zeynal Məmmədli verlişdə yaranmış bu tip hallara görə telekanalın və proqramı hazırlayan komandanın məsuliyyət daşıdığını dedi:

"İndiki texnika imkan verir ki, bəlli bir şeyi qabaqcadan görəsən. Müasir texnikada efirə verilmə ilə səslənmə arasında 20 saniyə fərq yaranır. Bu da sənə şərait yaradır ki, o sözü kəsə və ya efirə qoşulan tamaşaçıya xəbərdarlıq edəsən. Təbii ki, bunu siyasi senzura məqsədi ilə etmirsən. Bu qarşıdurma yaradan, söyüş olan səslərin efirdə yayılmasının qarşısını almaqdan ötrü edilir. Xarici televiziyalar hər zaman bundan faydalanırlar. Bu, həm də telekanalın öz məsuliyyətidir. Nəinki telekanal, burada həm də verilişi hazırlayan komandanın özü son dərəcə diqqətli olmalıdır. Belə anlarda səsin azaldılması və yaxud başqa vasitələrlə bunun canlı yayıma getməsinin qarşısını almaq mümkün olardı. Üstəlik də canlı yayımdan qabaq hazırlıq dövrü var. Sən müsahibin və ya verilişə qoşulan tamaşaçının nələr deyəcəyini də təxminən bəlli etməlisən. İndi həmin insanın belə söz deməsi nə dərəcədə gözlənilməzdir? Verlişin xarakteri necədir? Burada hansı sözlər işlədilir? Bunların hamısını nəzərə almaq lazımdır".

Yayımlanan videonu ANS televiziyasının adından üzr istəyərək təqdim edir və ictimai reaksiyanı oxucuların ixtiyarına buraxırıq.

Tarix
2014.02.28 / 15:27
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla