Yuxarı

Əl-Nüsra İŞİD-ə 5 gün vaxt verdi – “Yer üzündən siləcəyik”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada Əsəd rejiminə qarşı döyüşən əl-Nüsra cəbhəsinin lideri Əbu Məhəmməd əl-Culani öz tvitter hesabında səs yazısı paylaşıb.

"Axar.az" türk mətbuatına istinadən bildirir ki, Culani səs yazısı ilə İraq Şam İslam Dövlətinə (İŞİD) təslim olması üçün beş gün vaxt verdiyini bildirib:

"Bismillahir-Rəhmanir-Rəhim

Allaha həmd və salam olsun. Şam torpaqları daha bir övladını itirdi. O şəxs bir ata olaraq çox səbrli bir komandir olaraq hikmət və ədalət dolu insan idi.
Bu insan Şeyx Əbu Xalid əl-Suru idi..."

Əl-Culani "ey Əbu Xalid, kaş ki, mən sənin bu dünyada ölümünü görməyəydim, kaş ki, mən səndən əvvəl öləydim, kaş ki, mən göz yaşlarımı sənin üzərinə tökməyəydim" tipli çıxışının ardınca İraq Şam İslam Dövlətinə rəsmi şəkildə xəbərdarlıq edib:

"Bu bəyanatla sizə təslim olmağınız üçün 5 gün vaxt veririk. Bu müddət tamam olduğunda nə edəcəyimizi özünüz görəcəksiz. Biz bir ildir ki, sizin törətdiyiniz əməllərə səbr edirik. Siz yaxşı bilirsiz ki, bizim İraqda qardaşlarımız çoxdur və sizləri oradan başlayaraq yer üzündən silmə gücünə sahibik. Allaha and içirik ki, bu saatdan sonra cahil fikirlərinizdən imtina etmədən döyüşə davam etsəniz, sizi yer üzündən siləcəyik".

Son olaraq Əbu Məhəmməd əl-Culani İŞİD camaatına səslənib: "Alimlərinizin sözünü dinləyin, istiğfar edib Allaha dönün. Ümmətə açdığınız döyüşə görə tövbə edib sizi birliyə və qardaşlığa dəvət edirəm".

Tarix
2014.02.28 / 14:17
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla