Yuxarı

Qızılın bahalaşması davam edəcək – Ekspert rəyi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son bir ayda 7 faiz, son iki ayda isə 11 faiz artım müşahidə edilib".

Bu sözləri "Axar.az"a son zamanlar qızılın qiymətinin artması ilə bağlı danışarkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçi Vüqar Bayramov bildirdi.

Onun sözlərinə görə, qiymət artımı gözlənilən idi: "Hazırda qızılın qiymətində artımlar müşahidə olunur. Son bir ildə qiymətlərdə azalmalar qeydə alınsa da, altı aylıq və bir illik yekunlar azalma göstərir. Belə ki, bu qiymətli metalın qiymətində son 6 ayda 6 faiz, son 1 ildə isə 17 faiz azalma müşahidə edilib. Əgər nəzərə alsaq ki, ötən il qiymətlərdə azalma olub, deməli, bu il mövqelər möhkəmlənməli idi".

Ekspertin fikrincə, qızılın bazarda dəyərə minməsinin səbəbləri çoxdur və bu ayrı-ayrı ölkələr üçün də dəyişir: "Qızılın qiymətinin artmasının bir neçə səbəbi var. Onlardan biri, qızıla olan tələbatın artmasıdır. 2013-cü ildə qızılın qiymətində olan ucuzlaşma həmin ilin sonunda ona tələbatın artmasına gətirib çıxardı. Bu qiymətli metala tələbat investorlara da cəlbedici gəldi və onlar hazırda həmin imkandan yararlanmağa çalışırlar. Digər səbəb isə valyuta bazarında qeyri-sabitlik, xüsusən də dolların avroya nisbətən dəyərinin azalması ilə bağlıdır. Bilirsiniz ki, qızıl strateji məhsul kimi dollarla satılırdı. Amma dollar ucuzlaşdı, hətta ABŞ Federal Ehtiyat Bankının uçot statusunun dəyişdirilməsi ilə bağlı qərar belə, praktik olaraq ucuzlaşmaya təsir edə bilmədi və sonda qızılın qiymətinin artmasına şərait yarandı. Daxili bazarda apardığımız araşdırmalar göstərir ki, qızılın qiymətinin artması xarici bazara nisbətən daha sürətlə yüksəlib. Azərbaycanla yanaşı Hindistan, Pakistan kimi Asiya ölkələrində də qızıla tələbat müşahidə edilir. Belə ki, əgər son ayda xarici bazarda həmin qiymətli metal 4 dollar bahalaşıbsa, daxili bazarda bu rəqəm 5 manata bərabərdir. Bunun səbəbi isə Azərbaycanın qızılı daha çox BƏƏ və Türkiyədən idxal etməsi və bu ölkələrdə sürətli bahalaşma ilə əlaqədardır. 2014-cü ilin əvvəllərindən toy mövsümünün başlaması isə daxili tələbatın artmasını göstərən səbəblərdən hesab edilməlidir və bu da sonda qiymət yüksəlməsinə gətirib çıxarıb. Hesab edirəm ki, qiymət artımı davam edəcək və 1 qram qızıl 45 dollara qədər yüksələcək".

Xatırladaq ki, son 2 ayda qızılın qiymətində 11% artım müşahidə edilib. Hazırda qızılın bir unsiyası 1332 dollardır. Avropanın bir çox reytinq agentlikləri və bankları isə bu rəqəmin 25%-ə qədər artacağını bildirirlər. Bu isə təxminən 1 qram qızılın 50 dollara təklif edilməsi deməkdir. Ötən həftə İsveçin USB bankının verdiyi hesabatda bir unsiya qızılın qiymətinin tezliklə 1400 dollara qalxacağı deyilir.

Tarix
2014.02.28 / 13:00
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla