Yuxarı

Arvadını öldürdü, 384 912 il həbs aldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada ən uzun müddətə həbs olunan şəxslər

1972-ci ildə Palma-de-Mayorkadan olan 20 yaşlı poçtalyon məktubu ünvanına çatdırmadığı üçün 384 912 il müddətinə azadlıqdan məhrum edilib.

Aparılan araşdırmalara əsasən, o 4 mindən artıq məktubu ünvanına çatdırmayıb. Bu nəinki İspaniya məhkəmə sistemi tarixində, hətta bütün dünyada verilən ən uzunmüddətli həbs cəzasıdır.

10000 il və əlavə olaraq 2 ömürlük həbs cəzası

1981-ci ildə həyat yoldaşını amansızlıqla qətlə yetirdiyi üçün Dadli Veyn Kizer 10 000 il müddətinə azadlıqdan məhrum edilib. Bu indiki dövrə qədər ABŞ-da verilən ən uzunmüddətli həbs cəzasıdır. Dadli həmçinin qaynanası və kollec tələbəsini qətlə yetirdiyi üçün 10 000-ə əlavə olaraq hər iki qətl üçün ömürlük həbs cəzasına layiq görülüb.

28 qat ömürlük həbs cəzası

Florida da Bobbi Co Lonq silsilə qətllər törədən və təcavüzkar bir şəxs idi. O 28 ömürlük həbs cəzasına layiq görülüb. Səbəb isə onun 50-dən çox qadına təcavüz etməsi və təxmini bu qadınların yarısını qətlə yetirməsidir. Bobbi Co X-xromosomunun artıqlığı ilə doğulmuşdu və buna görə də yetkinlik yaşına çatdıqda onun sinəsi böyüməyə başladı. Bu onda cinsi narahatlıqlara və ailəsində tez-tez baş verən mübahisələrə səbəb olub. Beləliklə bütün bunlar onun bir cinayətkar olmasına səbəb oldu.

25 qat ömürlük həbs cəzası

Kaliforniya ştatında Xuan Korona öz əkin sahəsində işlətdiyi 25 fəhləni qətlə yetirib. Qısa zaman ərzində, daha dəqiq 1 il ərzində Xuan onun üçün işləyən 25 fəhləni qətlə yetirmiş və onların qalıqlarını öz fermasında basdırıb. Bu cinayətinə görə o 25 qat ömürlük həbs cəzasına layiq görülüb.

7109 il

1969-cu ildə iki iranlı şəxs hər biri ayrı-ayrılıqda olmaqla 7109 il azadlıqdan məhrum ediliblər. Onlar şərq qayda-qanunlarına əsasən mühakimə olunublar və onların törətdikləri cinayət gizli saxlanılıb. Əsr olaraq hesablasaq onların hər biri 71 əsrlik həbs cəzasına layiq görülüb.

2 minillik həbs cəzası

Oklahoma ştatında təcavüzdən tutmuş oğurluqla da məşğul olan Darron Bennalford Anderson 2 minillik müddətinə azadlıqdan məhrum edilib. Daha sonralar törətdiyi digər cinayətlərə görə də məsuliyyətə cəlb olunaraq, daha bir neçə minillik həbs qazanmış və 20 minillik müddətinə azadlıqdan məhrum edilib. 1997-ci ildə o şikayət ərizəsi ilə məhkəməyə müraciət etdi və ona güzəşt edildi. Bunun nəticəsi olaraq o, 12 844 il sonra azadlığa çıxa biləcəkdi.

845 il

2000-ci ildə Şalom Vays 2000 il müddətinə azadlıqdan məhrum edildi. Şalom adi katib idi və təqaüd bazasına daxil olmağın yollarını bilirdi. O bir çox amerikalı təqaüdçünü qarət edərək gizlənib. Sonunda federal axtarışa verilərək həbs olundu. Bir müddətdən sonra o qərara etiraz etdi və 2000 illik həbs cəzası 845 ilə endirildi.

330 il

Q. Şmidt investorlara böyük mənfəət vəd edərək onların hesabına özü milyonlarla dollarlar qazanıb. İnvestorların pulu ilə o öz şəxsi borclarını ödəmiş və əxlaq normalarından kənar həyat tərzi keçirib. Törətdiyi qanunsuzluq səbəbindən o ABŞ həbsxanasında 330 il müddətinə azadlıqdan məhrum edilib. Hal-hazırda o şərti olaraq, vaxtından əvvəl azad olunmağa ümid edir.

265 il

1996-cı ildə Rayn Brandt və Ceffri Kolli hər birinə ayrılıqda olmaqla 530 il həbs cəzası alıblar. Onlar qətl, təcavüz, talan və soyğunluqla məşğul olurdular və onlara hökm oxunduqda çox təəccübləniblər. Belə ki, onlar təxmini hər qardaşa 40 il cəza düşünürdülər.

160 il

2001-ci ildə Pittsburqda Kit O’Vud 5 qadına təcavüz etdiyi üçün 160 illik həbsxana həyatına məhkum olunmuşdur. Kit tənha qadınların evinə girərək öldürməklə hədələyərək onlara təcavüz edirdi. Həmin insanın Kit olduğunu DNT analizi nəticəsində müəyyən ediblər. O hər şeyi inkar etsə də, DNT analizi təcavüzkarın məhz o olduğunu 100 faiz təsdiq edib (banker.az).

Tarix
2014.02.28 / 12:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla