Yuxarı

Mir Şahin qalmaqallı “nurçu” sujetindən danışdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış telejurnalist Mir Şahin Ağayev nurçuluqda adlarlı çəkilən millət vəkili Qənirə Paşayevanın və digər şəxslərin ANS-dən şikayətçi olmasına münasibət bildirib.

Vitse-prezident M.Ağayev "Publika.az"a açıqlamasında deyib: "Mənim bildiyimə görə, Qənirə Paşayeva ANS-i məhkəməyə verəcəyi barədə hər hansı bəyanat verməyib. O deyib ki, onun haqqında yalnış məlumat verən ilkin qaynaqları hüquq mühafizə orqanlarının köməyilə axtarmaq istəyir. Hesab edirəm ki, bu da onun haqqıdır".

M.Ağayev həmçinin qeyd edib ki, efirdə adları çəkilən şəxslərin hər birinə mövqe bildirmək üçün müraciət olunub: "Efirə gedən həmin materialla mən tanışam. Orada adları çəkilən və təsvirləri göstərilən şəxslərin hər birinə müraciət olub.

Bu adamlar bu və ya digər səbəblərdən ya danışıblar, ya da danışmaq istəməyiblər. Müxbir də bu məlumatın efirə onların bildirdiyi və bildirmədiyi mövqelərlə getməsini təmin edib. Buna görə də kimlərinsə ANS-də hər hansı qərəz axtarmaq və guya məqsədli şəkildə bunu işıqlandırmasını düşünməyə heç bir əsas görmürəm. Jurnalist öz fəaliyyətini yerinə yetirib.

O ki qaldı cəmiyyətdə mövcud olan bu və ya digər məsələnin aydınlaşmasına, adları çəkilən şəxslərin özləri maraqlı olmalıdır ki, onların barələrində yayılmış informasiyalara aydınlıq gətirilsin. Əgər onlar bu məlumatların aydınlaşdırılmasında maraqlı olmadıqlarını bu və ya digər şəkildə göstərirlərsə, buna görə mətbuatı günahlandırmaq doğru deyil".

Xatirladaq ki, millət vəkili Qənirə Paşayeva nurçu təriqətinə bağlı olan millət vəkilləri haqda ANS-də gedən süjetdə adının hallanmasına sərt reaksiya vermişdi.

Tarix
2014.02.28 / 11:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

İran-İsrail savaşının Bakıya təsiri... - Cəfərsoy

Tokayevin Paşinyana mühüm təklifi var - Naumov

Bayramov omanlı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla