Yuxarı

Azərbaycandakı nurçular təlimat gözləyir - Şok

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycandakı nurçular Pensilvaniyadakı xocalarından təlimat gözləyirlər".

"Axar.az" xəbər verir ki, bu açıqlama ilə politoloq Elxan Şahinoğlu öz Feysbuk səhifəsində çıxış edib.

O, Gülən camaatının Azərbaycandakı başbilənlərinin Türkiyədəki hadisələrdən sonra özlərini itirdiklərini qeyd edib.

"Gülən camaatının Azərbaycandakı başbilənləri bir az özlərini itiriblər. Onlar Ərdoğan-Gülən savaşının Azərbaycana inikas olunmasından narahatdırlar. Azərbaycanda yerləşən nurçular Türkiyədəki nurçular kimi birbaşa Ərdoğanı tənqid edə bilmirlər. Çünki əgər Azərbaycandakı nurçular da mediaları vasitəsilə Ərdoğanı hədəf seçsələr, bununla Türkiyə-Azərbaycan münasibətlərində gərginlik yaradacaqlar. Bu isə Azərbaycan hakimiyyətinin xoşuna gəlməyəcək. Ona görə də Azərbaycandakı nurçular bir qədər gözləmə mövqeyindədirlər və ya Pensilvaniyadakı xocalarından təlimat gözləyirlər".

Qeyd edək ki, Türkiyədə 17 dekabrda keçirilən rüşvət əməliyyatından sonra ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanla Fəttullah Gülən arasında münasibətlər şiddətlənib.

Tarix
2014.02.28 / 11:27
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı...

Japarov Bakıda: Mühüm iclas başladı

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla