Yuxarı

Ukrayna DİN: "Rusiyanın Krıma müdaxiləsi işğaldır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Daxili İşlər Nazirliyi Rusiya Federasiyasının Krıma silahlı müdaxilə etdiyini açıqlayıb.

"Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, nazir Arsen Avakov özünün "Facebook" səhifəsində Sevastopol şəhərindəki "Belbek" beynəlxalq hava limanının Rusiyanın Qara dəniz donanmasının hərbçiləri tərəfindən mühasirəyə alındığını bildirib: "İçəridə Ukrayna hərbçiləri və sərhədçiləri var. Bayırda isə üzərində tanınma nişanı olmayan kamuflyaj geymiş, lakin öz mənsubiyyətlərini gizlətməyən silahlı şəxslər dayanıb. Baş verənləri silahlı müdaxilə və işğal kimi qiymətləndirirəm. Bu, bütün beynəlxalq müqavilələrin, normaların pozulmasıdır və suveren dövlətin ərazisində qan tökülməsi məqsədilə törədilən təxribatdır".

Nazir hələlik silahlı toqquşmanın olmadığını, hava limanının fəaliyyət göstərmədiyini söyləyib. A. Avakov baş verənlərin artıq DİN-in səlahiyyət çərçivəsini aşdığını və məsələ ilə bağlı Ukrayna Milli Müdafiə və Təhlükəsizlik Şurasının qərar verməli olduğunu bəyan edib.

Tarix
2014.02.28 / 11:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla