Yuxarı

Bakı metrosunda şalvarsız - Aksiya

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 1-də Bakının mərkəzi metro stansiyalarından biri olan "28 May" stansiyasının girişinin əsaslı təmirdən sonra açılacağı gözlənilir. Artıq stansiyadakı təmir yekunlaşmaq üzrədir, hazırda girişdə əsasən tamamlama işləri aparılır.

Azərbaycan gəncləri isə bu günü özünəməxsusluqla qeyd etməyə hazırlaşır.

Həmin gün Bakıda gənclər "Metroda şalvarsız bir gün" aksiyasını keçirəcək (Bakupost.az).

Onlar əsasən 3 metro stansiyası – "28 May", "Gənclik" və "Sahil"də bu flaşmobu keçirmək niyyətindədir. Belə düşünülüb ki, gənclər bu metro stansiyasına gediş-gəlişin nisbətən gur vaxtında enib işarə gözləyəcəklər. Və konkret bir saatda hər kəs şalvarını çıxarıb vaqona minəcək. Həmin gün şənbə olduğundan, flaşmobçuların çox basırığa düşəcəyi gözlənilmir.

"Metroda şalvarsız səyahət" aksiyası bütün dünya üzrə gənclərin təşkil etdiyi ən diqqət cəlb edən flaşmoblardan biridir. "Improve Everywhere" adlı qrup 2002-ci ildən bəri dünyanın bir çox şəhərlərində belə aksiyalar keçirir.

Belə aksiyalar zamanı gənclər onlara təəccüblə baxan insanlara "Bu gün şalvarımı evdə unutmuşam", "geyinməyə vaxt çatdırmadım", "şalvarımın üstünə kofe dağılıb" və s. kimi cavablar verirlər. Amma Bakıda bu aksiyanın nə dərəcədə effektiv olacağını demək olmaz. Azərbaycan mentalitetini nəzərə alsaq, şalvarsız gənclərin "top atəşinə" tutulacağını gözləmək də olar. Bir də ki, Bakı metropoliteninin rəhbərliyinin dəyişməsi gənclərin planlarına korrektələr gətirə bilər.

Son məlumatlara görə, flaşmob hələ ki, qüvvədədir.

İndiyə kimi dünyanın 60-dan çox şəhərində 13-cü "Metroya şalvarsız girənlər" aksiyası keçirilib.

Bu ilin yanvarında aksiya dünyanın 25 ölkəsinin 60 şəhərində eyni gündə keçirilmişdi. 13 il ərzində flaşmobun keçirilmə mexanizmində ciddi bir dəyişiklik edilməyib: bir qrup adam metroya daxil olur, özlərini adi sərnişin kimi aparır və birdən əyinlərindəki şalvarı çıxarırlar.

Tarix
2014.02.27 / 23:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla