Yuxarı

Rusiya Bakıda gəmilərin tikintisinə nəzarət edəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dəniz Gəmiçilik Reyestri (RG) və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Bakı Gəmiqayırma zavodu" MMC "38M сrew boat" (layihələndirən SNIPTECH, Sinqapur) layihəli yüksəksürətli gəmilərin layihələndirilməsinin texniki müşahidəsi haqqında müqavilə imzalayıblar.

Yeni gəmilər dəniz neft-qaz qurğularına xidmət göstərən ixtisaslı heyətin daşınması üçün nəzərdə tutulub və bu yaxınlarda Bakıda tikilmiş tərsanəyə təqdim edilən ilk sifarişlərdən biri olacaq.

Məlumatda qeyd edilir ki, layihələndirmənin texniki müşahidəsi haqqında müqavilənin şərtlərinə əsasən, Reyestrin mütəxəssisləri tikinti zamanı beş gəminin layihələndirmə sənədinə baxacaqlar. Onlar sənədin RG-nin yeni tələblərinə və digər tətbiq edilən normativ sənədlərə, həmçinin RG-nin səlahiyyətinə aid beynəlxalq konvensiya və sazişlərin tələblərinə uyğun gəlib-gəlmədiyini yoxlayacaqlar.

Yeni gəmilər Azərbaycan donanmasının yenilənməsi üzrə dövlət proqramı çərçivəsində tikiləcək. Gəmilərin tikintisi 2014-cü ilin aprel-may aylarında gözlənilir. Sifarişçi qismində ARDNŞ çıxış edir. Bu növdən 10 gəminin tikilməsi planlaşdırılır.

Gəmiqayırma zavodunun tikintisi üçün ARDNŞ 65%, Azərbaycan İnvestisiya Şirkəti 25% və Sinqapurun "Keppel" şirkəti isə 10% paya malik olmaq şərtilə "Bakı Gəmiqayırma Zavodu" MMC müştərək müəssisəsi yaradılıb. (Trend)

Tarix
2014.02.27 / 19:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla