Yuxarı

Təhsil nazirinə şikayət edən qız “Axar.az”a danışdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət öncə mətbuat vasitəsi ilə qatıldığı müsabiqədən kənarlaşdırlmasını qanunsuz hesab edərək Təhsil nazirinə müraciət edən Əminə Əmirxanlı ilə oxucularımızı daha yaxından tanış etmək üçün onunla söhbətləşdik, suallarımıza cavab aldıq.

- Əminə, etdiyin müraciətdən bəlli oldu ki, məktəbli olsan da, artıq müəyyən nailiyyətlərin var, bir az bunlardan danışaq...

- 2012-ci ildə, IX sinifdə oxuyarkən "Sabahın alimləri" müsabiqəsinə qoşuldum və o vaxt 2 elmi institutla, AMEA-nın Radiasiya Problemləri və Zoologiya İnstitutu ilə işlədim. Həmin il hazırladıgımız layihə müsabiqədə qızil medala və I yerə layiq görüldü. Daha sonra ABŞ səfirliyinin elan etdiyi "YLP" (Youth Leadership Program) müsabiqəsinə də qatıldım. İştirakçılar bir neçə mərhələli seçim turundan ibarət imtahandan keçir. Cavablar hər turdan sonra ABŞ-a göndərilir və orada sonuclanır. Bəxtim gətirdi və mən də finala çıxdım. Arizona Universitetində liderlik dərsləri aldım. Eyni zamanda həmin il ingilis fənn olimpiadasında da I yerə layiq görüldüm. 2013-cü ildə təkrar ingilis dili fənn olimpiadasında I yeri tutdum.

- Oxuduğun məktəbi dəyişmisən, bu zərurət nədən yaranıb?

- Artıq X sinif idim. Fərdi hazırlıqlarım və dərs yükü xeyli zamanımı alırdı. Elmi layihələrə demək olar ki, vaxt ayıra bilmirdim. "Gənc İstedadlar" liseyində dərslər 8.30-da başlayırdı. Təhsil aldıgım lisey evimizdən uzaq idi və yollarda xeyli vaxt itirirdim. "Sabahın alimləri" II Respublika Müsabiqəsinə qatılmağa qərar verəndə məktəbimi evimizə daha yaxın məktəbə dəyişdik ki, vaxtım daha çox qalsın. Keçən il mən AMEA-nın Fizika İnstitutu ilə əməkdaşlıq etdim və layihəmiz çox uğurlu alındı. Mənə bu işdə təmənnasız və könüllü yardım etdiyinə görə həm Fizika İnstitutunun rəhbərliyinə, həm də elmi rəhbərim Fizika İnstitutunun elmi işçisi Hüseyn Hüseynova dərin təşəkkürümü bildirirəm. Layihəni düzgün tərtib və təqdim etmək üçün 2 dəfə Şimali Kipr Türk Cümhuriyyətində Dogu Akdəniz Universitetində təlimlərdə olduq. Layihəmiz müsabiqədə yenə də qızıl medala və I yerə layiq görüldü. Keçən il həm də İstanbulda keçirilən 22-ci Beynəlxalq MEF yarışmasına qatıldım. Həmin olimpiadada elmi layihəsi keçən yeganə azərbaycanlı ıdim. Həmin olimpiada bitdikdən sonra Azərbaycana döndüm və ölkəmizdə keçirilən "Gələçəyə Baxış" ABŞ-Azərbaycan Forumuna qatıldım. Nümayəndə heyətinə Barak Obamanın müşaviri, ABŞ-ın hava hücumundan müdafiə və güc nazirləri, hazırkı və keçmiş konqresmenlər, senatorlar, keçmiş yüksək vəzifəli məmurlar, o cümlədən keçmiş nazirlər, tanınmış ekspertlər toplanmışdı. Forumda əsas məsələlərdən biri də ABŞ-Azərbaycan strateji tərəfdaşlığı idi. Forumun gedişində mənə Filippin Universitetinin rektoru tərəfindən onların universitetində oxumaq təklifi gəldi. Doğrudur, bütün təklifləri dəyərləndirsəm də, mənim hədəfim başqadır.

- 2013-14-cü dərs ilində məşguliyyətin necə olub?

- Bu il "FLEX" proqramı ilı 3 mərhələli imtahan verdim və imtahanın 2 turunun cavabları məlum olsa da, 3-cü turun cavabları hələ acıqlanmayıb. Çünki hər mərhələdən sonra cavablar Amerikaya göndərilir və orada yoxlandıqdan sonra açıqlanır. Finalçıların adı aprel ayında məlum olacaq. Əgər qalib olsam, gələn il Amerika dövlətinin hesabına ABŞ məktəblərindən birində təhsilimi davam etmək imkanım olacaq.

- Bütün bunlara hazırlıqlarda sənə kimsə yardım edir, yoxsa özün sərbəst hazırlaşırsan?

- Keçən ilki TOEFL nəticələrimi ABŞ-in Kilqor kollecinə göndərdim və müsbət cavab aldım. Sentyabrdan bu günədək heç bir müəllimlə fərdi hazirlıq keçmirəm. İmtahanlara özüm sərbəst hazırlaşıram. TOEFL, SAT English, SAT Math və SAT Pysics imtahanları verəcəm. Hansılar ki, ABŞ–da top universitetlərə qəbul olmaq istəyən abituriyentlərin verdikləri imtahanlardır.
Bu il "Sabahın alimləri" III Respublika Müsabiqəsinə qoşuldum. Müsabiqə ABŞ-da yuxarı sinif şagirdləri arasında keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində İntel korporasiyasının dəstəyi ilə 2014-cü il 13-15 fevral tarixlərində "Kempinski Hotel Badamdar"da təşkil olunmuşdu. Elmi rəhbərim Lissabon Texniki Universitetində çalışan və kimya elmləri doktoru alimlik dərəcəsi olan Kamran Mahmudovdur. Kamran müəllimi mən quqldan araşdırdım və ona elmi rəhbərim olmasını təklif etdim, o da qəbul etdi. Bir neçə ay mənə skaypdan dərslər və tapşırıqlar verdi. Sintez işlərini BDU-nun "Ekoloji kimya və ətraf mühitin mühafizəsi" elmi-tədqiqat laboratoriyasında etdim. Biz müsabiqəyə olduqca ciddi hazırlaşdıq. Müsabiqədə ən uğurlu işlər ingiliscə də dinlənilir. Ümumiyyətlə, proyektin Amerikanın İntel İSEF yarışmasına vəsiqə qazana bilməsi üçün biz əsas işi ingilis variantı üzərində qurmuşduq. Layihənın ingilis variantı səhvsiz idi və müsabiqənin qaydalarina tam cavab verirdi. Amma mənim Azərbaycan dilindəki qeydiyyat sənədləşməsində yol verdiyim texniki xəta müsabiqədə nəticə qazanmağıma mane oldu. Düşünmürəm ki, müsabiqədə heç bir nəticə qazanmadım. Qazandıgım ən boyuk nəticə müsabiqədə baş verən hadisələrin şahidi olan Tatyana Nanayevadan aldığım üzrxahlıq məktubu idi. O, üzr istəyərək yazmışdı ki, mənim müsabiqədən uzaqlaşdırıldığıma görə heyfsilənir. Ruhdan duşmurəm və qarşıdakı beynəlxalq yarışmalara qatılıram. İnanıram ki, elmi rəhbərimin və mənim əziyyətim itməyib öz bəhrəsini növbəti müsabiqələrdə verəcək. Üç ay əvvəl ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (AAA) və "Transparency Azərbaijan" təşkilatı "Video Blogging" layihəsi elan etmişdi. Mən də həmin layihəyə qoşuldum və hazırladığım video bloqu müsabiqəyə göndərdim. Video bloqum (http://www.youtube.com/watch?v=G5-MeyEJwOo) I yeri tutdu və mükfatlandırıldım.

Tarix
2014.02.27 / 18:39
Müəllif
Selcan
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla