Yuxarı

Yanukoviçin sorağı indi də Dubaydan gəldi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanukoviçin təyyarəsi dünən Dubaya enib.

"Axar.az" xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb.

Mətbuat Yanukoviçin uçduğu sərnişin təyyarəsinin Dubay hava limanının yük təyyarələri olan bölümünə endiyini bildirib.

Qeyd edək ki, bu vaxta qədər Yanukoviçin Krımda Rusiya hərbi donanmasına yaxın ərazidə məskunlaşdığını, daha sonra isə buradan dəniz vasitəsilə Moskvaya yola düşdüyü bildirilmişdi.

Bu arada Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç bəyanatla çıxış edərək hələ də özünü ölkə başçısı hesab etdiyini deyib.

Keçmiş prezident Rusiyadan onu hakimiyyəti zəbt etmiş ekstremistlərdən qorumağı xahiş edib.

Onun sözlərinə görə, Ali Radanın qəbul etdiyi qərarlar legitim deyil.

Yanukoviç bildirib ki, onu və yaxınlarını ölümlə təhdid edirlər. O, Rusiyanı hüquq çərçivəsində Ukraynada vəziyyəti bərpa etməyə çağırıb.

Ukrayna mətbuatı isə Viktor Yanukoviçin kreyserlə Rusiyaya qaçdığı haqda məlumat yayıb.

Bu barədə Rusiyanın Sevastopolda yerləşən Hərbi Dəniz Donanmasındakı mənbə məlumat verib.

Onun sözlərinə görə, dünən günorta saatlarında Soçi Olimpiadasının təhlükəsizliyini təmin etmək üçün göndərilmiş "Moskva" kreyseri geri qayıdıb: "Həmin gəmi Suriyaya təlimlər üçün getməli idi. Ancaq axşam saatlarında tam yanacaq ehtiyatı götürərək naməlum istiqamətə üzüb".

Ukrayna mətbuatı həmin kreyserin məhz Yanukoviçi Rusiyaya apardığını iddia edir.

Tarix
2014.02.27 / 14:19
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla