Yuxarı

"Mən istefa verməmişəm" - Yenilənib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:50

Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Təranə Məmmədova vəzifəsindən istefa verib.

Bu barədə "Qafqazinfo"ya T. Məmmədova özü məlumat verib. O, bildirib ki, Daxili Qoşunlarda xidmət etməyinin 21 ili tamam olub: "Kədər qarışıq qürur və fəxarət hissi ilə Qoşunların sıralarından ayrılıram. Həyatımın ən məhsuldar dövrünü Daxili Qoşunlara həsr etdim. İnsanın ömrü boyu gərəyi olan məsuliyyət, cavabdehlik, düzgün əqidə, vətənsevərlik və s. kimi dəyərli xüsusiyyətləri məhz burada özümdə əxz etdim. Öz peşəmi sevdim və bütün qüvvəmi Daxili Qoşunların inkişafına, cəmiyyət tərəfindən sevilməsinə, seçilməsinə yönəltdim.

Daxili Qoşunların tarixinə aid 4 kitabın tərtibçisi və müəllifi oldum. 1992-ci ildə nəşrə başlayan "Əsgər" hərbi vətənpərvərlik qəzetini yaratdım və kiçik, vətənpərvər bir kollektivlə onu 20-ci əsrdən 21-ci əsrə - bu günə gətirib çıxardıq.

21 il ərzində Daxili Qoşunlarda xidmət etdiyim zaman tanıdığım, ünsiyyətdə olduğum, ağır, çətin müharibə və mübarizə illərini birgə keçdiyim bütün insanlara, eləcə də kütləvi informasiya vasitələrində çalışan çox hörmət etdiyim, sevdiyim həmkarlarıma "çox sağ olun" deyirəm. Bundan sonra əmək fəaliyyətimi harada davam etdirməyimdən asılı olmayaraq həyatımın ən şərəfli səhifəsi Daxili Qoşunlar olacaq.

Hər bir kəsə harda çalışdığından asılı olmayaraq xidmətini ləyaqətlə başa vurmağı arzulayıram".

16:58

"Mən istefa verməmişəm, sadəcə tərxis olunmuşam. Amma götürüb yazıblar ki, istefa verdi".

Bu barədə Daxili Qoşunların mətbuat xidməti vəzifəsindən gedən Təranə Məmmədova açıqlamasında bildirib.

T. Məmmədova deyib ki, 21 il Daxili Qoşunlarda xidmət edib: "Daha bəsdir deyə düşünürəm. İndi daha rahat işdə çalışmaq istəyirəm".

T. Məmmədova qeyd edib ki, işdən getməsini özü istəyib.

"Öz istəyimlə ərizəmi yazmışam və tərxis olunmuşam. Tərxis olunmağımla bağlı əmr verilib. Guya mənim nəyəsə görə getdiyim haqqında gəzən söhbətlər boş şeylərdir. Mən kiməsə görə işdən getməmişəm, sadəcə vaxt tamam olub, tərxis olunmuşam. Daxili Qoşunların yeni komandanı ilə 21 il bir yerdə işləmişəm. Orda çox gözəl kollektiv var. Məni də böyük hörmətlə yola saldılar"- deyə, o, bildirib.

T.Məmmədova qeyd edib ki, bir aylıq məzuniyyətə çıxıbmış və bir neçə gündür, məzuniyyəti başa çatıb: "Yeni işim də olacaq. Amma tam tərxis olunmadan açıqlamaq istəmirəm. Yaxın günlərdə yeni işim məlum olacaq, o zaman açıqlayacam"("Publika.Az").

Tarix
2014.02.27 / 16:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla