Yuxarı

Səlim Müslümov attestat verdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmət göstərilməsi üçün akkreditasiya olunan qeyri-dövlət yardım mərkəzlərinə akkreditasiya attestatları təqdim olunub.

Bu barədə "Axar.az"a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov vətəndaşların sosial hüquqlarının səmərəli müdafiəsi sisteminin qurulmasının, eyni zamanda çətin həyat şəraitində yaşayanların, məişət zorakılığından zərər çəkən şəxslərin sosial xidmətlərlə əhatə olunmasının dövlətimizin sosial siyasətinin prioritetlərindən biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, son illərdə qəbul olunan "Məişət zorakılığının qarşısının alınması haqqında" və "Sosial xidmət haqqında" qanunlar məişət zorakılığından zərər çəkmiş şəxslərin kompleks sosial xidmətlərlə təmin edilməsini bir vəzifə kimi qarşıya qoyur:

"Əsas məqsəd yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınmasına, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsinə, onların hüquqi yardımla təmin edilməsinə, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılmasına yönəlib".

Qeyd edək ki, Akkreditasiya Komissiyasına Əmək və Əhalinin Sosial Müdafiəsi, Daxili İşlər, Ədliyyə, Səhiyyə və Təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşları daxil edilib. İndiyədək komissiyanın 3 iclası keçirilib və akkreditasiya üçün müraciət etmiş 8 qeyri-dövlət yardım mərkəzinin sənədləri yoxlanılaraq qiymətləndirilib. Yekun olaraq 4 qeyri-dövlət yardım mərkəzinin - "Təmas" Regional İnkişaf İctimai Birliyinin, "XXI Əsrin Qadınları" İctimai Birliyinin, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin, və "Qadın təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım" İctimai Birliyinin akkreditasiya olunması qərara alınıb.

Tarix
2014.02.27 / 13:40
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla