Yuxarı

O, rektora fürsət verirdi ki, rüşvət alsın - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hesab edirəm ki, tələbələr ən azı 70 faiz dərslərdə iştirak etməlidir. Çünki bu onların imtahan nəticələrinə də təsir edir".

Bu sözləri "Axar.az"ın suallarını cavablandıran "21-ci Əsr" Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev bildirdi. Onun sözlərinə görə, tələbələrin dərslərdə iştirak etməsi ilə bağlı çərçivənin müəyyən edilməsi üçün universitet rəhbərliyi ilə tələbələr qarşılıqlı razılığa gəlməlidir: "Boloniya sistemində nəzərdə tutulub ki, dərs saatı 45 saatı ötməməlidir. Yəni 15 saat auditoriya daxili, 30 saat isə auditoriya xarici dərs saatları ola bilər. Tələbə öz müəllimini seçir, öz dərs qrafikini müəyyən edir. Əgər tələbə öz müəllimini seçirsə, o dərslərdə necə iştirak edə bilməz axı?! Bu prosesdə ali məktəb rəhbərlikləri sadəcə, dərsə gəlib-gəlməməklə bağlı limiti müəyyən edirlər".

O, rektora fürsət verirdi ki, rüşvət alsın

Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu hesab edir ki, yeni təhsil naziri vəzifəyə gələndə qayıbların yığışdırılmasını əmr edib: "Siz bilirsiniz ki, Boloniya sistemi intellektə əsaslanan təhsil sistemidir. Əgər qayıbla tələbənin biliyi yoxlanılsa, bu o deməkdir ki, bizdə distant təhsil ümumiyyətlə olmamalıdır. Bu sistem Azərbaycanda tətbiq edilirdi. Sovet dövründən qalma bir qayda idi. O, rektorun əlinə fürsət verirdi ki, dərslərdə iştirak etməməklə bağlı müəyyən limiti keçən tələbədən rüşvət alsın. Bu sistemin olması korrupsiyaya çox ciddi zəmin yaradırdı və nazir əmir verdi ki, qayıb sistemi ləğv edilsin. Məncə, bu çox böyük addımdır. Hazırda Azərbaycandakı universitetlərdə tələbələrə qayıb yazılmır".

Universitetdən xaricetmə ləğv edilib

BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova isə qayıbların yazılması ilə bağlı dəqiq məlumatının olmadığını bildirdi: "Qayıblarla bağlı dəqiq məlumatım yoxdur. Siz ondan ötrü əsasnaməyə baxın. Səhv etmirəmsə, təhsil nazirinin qərarına əsasən qayıblara görə universitetdən xaric etmə ləğv edilib, amma 25 faiz limiti var".

Xatırladaq ki, bir neçə gün öncə Bakı Dövlət Universitetinin (BDU) tələbələri kəsrlərin düzəldilməsi üçün pul ödənişinə etiraz olaraq aksiya keçirdilər. Ölkənin təhsil ictimaiyyəti arasında xeyli rezonansa səbəb olan aksiya ilə bağlı bir çox şəxslər fikirlərini bölüşmüşdü.

Tarix
2014.02.27 / 13:29
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla