Yuxarı

Edam kötüyündə imdad diləmədi - Dəniz Gəzmiş

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

1972-ci ildə edam olunan Dəniz Gəzmiş bir solçu olsa da, sonradan milliyyətçi kəsim də mübarizliyinə görə ona rəğbətlə yanaşdı.

Dəniz Gəzmiş 27 fevral 1947-ci ildə Ankarada doğulub. Türkiyə sol hərəkatının mübarizə rəmzinə çevrilən Gəzmiş, özü və 2 yoldaşının edamından sonra məşhurluğu Türkiyə sərhədlərini aşaraq qonşu ölkələrə yayıldı.

Türk solunun qəhrəmanlıq tarixinə çevrilən bu şəxs haqqında

"Axar.az"ın internetdən toplayıb tərcümə etdiyi məlumatları sizə təqdim edirik:

Edam kötüyünə çıxarılan bir gənc imdad diləmədi. Yalnız bu sözləri söyləyə bildi:

"Yaşasın müstəqil Türkiyə! Yaşasın marksizm - leninizm! Yaşasın fəhlə və kəndli sinfi! Rədd olsun imperializm!"

Dəniz Gəzmişdən miras qalan şey onun edamdan bir neçə saat əvvəl atasına yazdığı məktubdur:

"Ata, məktub əlinizə keçdiyi zaman aranızdan ayrılmış olacam. Mən nə qədər üzülməyin, desəm də, yenə də üzüləcəyinizi bilirəm. Fəqət bu vəziyyəti mətanətlə qarşılamağınızı istəyirəm. İnsanlar doğulur, böyüyür, yaşayır və ölürlər. Önəmli olan çox yaşamaq deyil, yaşadığı müddətdə daha çox şeylər edə bilməkdir. Bu səbəbdən, mən erkən getməyi normal qarşılayıram. O ki qaldı məndən əvvəl gedən yoldaşlarıma, onlar heç bir zaman ölüm qarşısında tərəddüd etmədilər. Mənim də tərəddüd etməyəcəyimdən şübhən olmasın.

Oğlun ölüm qarşısında aciz və çarəsiz qalmayıb. O bu yola bilərək girib və sonunun belə olacağını bilirdi. Səninlə düşüncələrimiz ayrıdır, amma məni anlayacağına ümid edirəm… Təkcə sənin deyil, Türkiyədə yaşayan kürd və türk xalqlarının da anlayacağına inanıram.

Cənazəm üçün vəkilimə lazımlı tapşırıqları vermişəm. Bundan əlavə, prokurora da bildirəcəm. Ankarada 1969-cu ildə ölən yoldaşım Taylan Özgürün yanında basdırılmağımı istəyirəm. Onun üçün, cənazəmi İstanbula aparma. Anama təsəlli vermək də sənin boynunadır. Kitablarımı kiçik qardaşıma verirəm. Özünü də xüsusilə tənbeh elə. Onun elmlə məşğul olmasını istəyirəm. Elmlə məşğul olsun və unutmasın ki, elmlə məşğul olmaq bəşəriyyət üçün xidmətdir. Son anda etdiklərimdən zərrə qədər də peşmanlıq hiss etmədiyimi bildirir, səni, anamı, böyük qardaşımı və kiçik qardaşımı inqilabın dərin atəşi ilə qucaqlayıram.

Oğlun.

Mərkəz Cəza Evi – Ankara

5 May 1972".

Bu məktubu Dəniz Gəzmiş yazandan bir neçə saat sonra – mayın 6-sı, gecə saat 3 radələrində edam ediləcəkdi...

Həmin vaxt Dənizin 25 yaşı vardı. Bu gün isə ölümündən düz 42 il keçir. Düz 42 ildir ki, hər il onun doğum və edam gününü qeyd etmək üçün yüzlərlə sol fikirli insan Taksimə axışır və qəhrəmanlarını yad edirlər.

Ölümündən sonra haqqında onlarla mahnı yazılıb, əsərlər və kitablar

çap edilib, filmlər çəkilib.

Haqqında yazılan kitablar:

"Dar ağacında üç fidan", "Dostum Dəniz Gəzmiş", "Edam gecəsi xatirələri", "Dəniz Gəzmiş dastanı", "Gülünün solduğu axşam", "Dəftərimə quş musiqi", "Bir dava, iki inqilabçı - unutmaq xəyanətdir", "Dənizlər edama gedərkən Oral Çalışlar", "Bizim Dəniz", "Dəniz fırtınalı illər", "Ağlasın səma", "Üç asılmışın hekayəsi" və s.

Bəstələnən mahnılar:

Dəniz Gəzmiş üçün ən çox mahnı bəstələyib oxuyan sənətçi Əhməd Qayadır. Məşhur sənətçinin Dəniz Gəzmişə həsr etdiyi 10-a yaxın mahnı var:

"Mahur", "Neyləyim", "Məni tarixlə mühakimə et", "Bizə qalan", "Yaza bilmədim", "Tutuşur misralarım", "Ölürəm, qardaş", "Dosta-düşmənə qarşı" və s. kimi mahnılar Əhməd Qayanın Gəzmişə həsr etdiyi mahnılardandır. Qaya ilə yanaşı Edip Akbayramın "Eşq olsun sənə uşaq", Azadlıq qrupunun "Dəniz", "Fevzi Qurtuluşun "Dənizə Şikayət", " Bizim Dəniz", Hüseyn Qaraquşun "Adı Dəniz olmalı", Can Yücəlin "Bizim Dəniz", Yol qrupunun "Dənizlərin türküsü", Kamal Qəhramanın "Dəniz qoydum adını", Zülfü Livanelinin "Əlvida, qardaşım Dəniz", "Şarkışla", "Çiləkeşin", "Hər Dəniz", Selda Baycanın "Dənizlərin dalğasıyam", Duman qrupunun "Mənası yoxdur" mahnıları və adlarını yazmadığımız başqa onlarla mahnılar Dəniz Gəzmişə həsr edilib.

Haqqında çəkilən filmlər və seriallar

"Əlvida sabah" filmində Dəniz Gəzmiş rolunu Berhan Şimşek oynayır.

"Eşq olsun sənə uşaq" filmində isə Dəniz rolunu Barış Koçak oynayır.

"Xatırla sevgili" serialında da Dəniz Gəzmiş rolunu Barış Koçak oynayır.

Tarix
2014.02.27 / 12:40
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla