Yuxarı

Ölkəmizdə Elm TV açılacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) "ElmTV" elmi internet telekanalını açmağa hazırlaşır.

Bunu AMEA-nın İnformasiya Texnologiyaları İnstitutundan deyiblər.

İnstitutdan bildiriblər ki, hazırda internet telekanalının yayımı sınaq rejimində aparılır və AMEA-nın struktur bölmələrinin kanala lokal çıxışı var.

Layihə Science.az portalına əsaslanır. Portalda Akademiyanın təşkil etdiyi seminar və konfranslarla tanış olmaq mümkündür. AMEA artıq zəruri studiya avadanlığı da alıb.

Layihənin əsas məqsədi ölkədə həyata keçirilən elmi proqram, layihələr və hazırda elm sahəsində baş verən hadisələr barədə xəbərlər və videomateriallar şəklində məlumatlandırmaqdır.

Hazırda Science.az portalının yeni versiyasının yaradılması üzərində iş aparılır. İşin yaxın vaxtlarda yekunlaşdırılması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycanda 9 ümumrespublika televiziya kanalı və 5 internet telekanalı yayımlanır (Trend).

Tarix
2014.02.27 / 08:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla