Yuxarı

Abort oğlanların sayının çoxalmasına səbəb olur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şərqdə əsrlər boyu oğlanlara nəslin davamçısı kimi baxılıb".

Bu sözləri "Axar.az"a son illərin statistikasına əsasən yeni doğulanların içərisində oğlan uşaqlarının çoxluq təşkil etməsi ilə bağlı sualımızı cavablandırarkən psixoloq Dəyanət Rzayev bildirdi.

Selektiv abort oğlanların sayının çoxalmasına səbəb olur

Psixoloqun fikrincə, USM müayinəsi vasitəsi ilə dölün cinsiyyəti yoxlanılır və nəticəyə uyğun da qərar verilir: "Bu hala şərq xalqlarının bir çoxunda rast gəlirik. Çünki Şərqdə əsrlər boyu oğlanlara nəslin davamçısı kimi baxılıb və bu hal indi də davam etməkdədir. Bunun aradan qaldırılması üçün düşünürəm ki, təbliğat aparılmalıdır. Bu təbliğat da təhsil ocaqlarında təşkil olunsa, daha yaxşı olar".

Abortu sevməsəm də, xəstənin fikrinə hörmətlə yanaşıram

9 saylı qadın məsləhətxanasından həkim-ginekoloq Tacə Səmədovasa bildirdi ki, uşağın cinsiyyətini öyrəndikdən sonra qadınlar çox zaman aborta müraciət edir:

"Ana bətnində dölün cinsiyyəti əsasən "genetik laboratoriya" əsasında həyata keçirilir. Lakin son zamanlar cinsə görə abort halları artdığından bu laboratoriyaların sayı azalıb. Bir ginekoloq kimi mənə də abort üçün çox müraciət olunur. Abortu sevməsəm də, bir həkim kimi xəstəmin fikrinə hörmətlə yanaşıram".

Kişilərin istəyi qadınları boşanmağa sövq edir

Vəkil Anar Qasımlı isə belə hallarda boşanmanın kişilərdən qaynaqlandığını dedi:

"Bəzən kişilərdə oğlan istəyi o qədər güclü olur ki, onlar hətta yeni doğulan körpəyə də acımırlar. Çox hallarda kişilər bu yolla qadınları boşanmaya sövq edirlər".

Xatırladaq ki, son iki ilin statistikasına görə, 186161 oğlan, 160979 qız uşağı dünyaya gəlib və bu statistika fərq üzrə artan xətlə davam edir. Bu haqda məlumatı saytımıza Statistika Komitəsinin Mətbuatla əlaqələr şöbəsinin əməkdaşı Sevda Süleymanova verib.

Tarix
2014.02.26 / 23:38
Müəllif
Lalə Novruzlu
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla