Yuxarı

Samuxda yol terroru: ölən və yaralananlar var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 20:30 radələrində Samux rayonunun Qədili kəndində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

"VAZ 2106" markalı avtomobilin yolun yaxınlığında quraşdırılan yas mağarına girməsi nəticəsində 10 nəfər yaralanıb. Yaralılardan bəziləri ilkin tibbi yardım üçün Samux Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəziyyətləri qismən ağır olan 5 nəfər rayon sakini - 33 yaşlı Cuma Mehdiyev, 46 yaşlı Sakit Şəfiyev, 40 yaşlı Novruz Quliyev, 41 yaşlı Əziz Rüstəmov və 44 yaşlı Yaşar Məmmədov Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, S.Şəfiyevin həyatını xilas etmək mümkün olmayıb. Digər yaralıların vəziyyəti isə orta ağırdır.

Şahidlərin bildirdiyinə görə, hadisəyə səbəb sürücünün nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməsi olub.
Hazırda polis sürücünün şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparır. Faktla bağlı araşdırma aparılır. (Trend)

Tarix
2014.02.26 / 22:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla