Yuxarı

Sabirabadın 1 saylı məktəbində direktor davası – Şikayət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rüşvətxorluqda ad çıxaran, elə buna görə də Sabirabad rayon Təhsil Şöbəsindən uzaqlaşdırılan bir insanın məktəbimizə direktor təyin edilməsinin əleyhinəyik. Məleykə Həsənova rüşvətxorluğuna görə, Təhsil Nazirliyinin qərarı ilə vəzifəsindən uzaqlaşdırılıb. İndi belə bir insanı M.Ə.Sabir adına 1 saylı məktəbə direktor təyin etmək istəyirlər. Məktəb müəllimləri buna qarşıdır".

Bu sözlər "Axar.az"a adının açıqlanmasını istəməyən Sabirabad rayon 1 saylı orta məktəbin müəlliminin elektron poçtumuza ünvanladığı məktubda yer alıb.

Məktubda sözügedən məktəbin müəllim heyəti adından danışan şikayətçi bu təyinatdan müəllimlərin də narazı olduğunu bildirib:

"Məleykə Həsənova məktəbimizə direktor təyin ediləcəyi təqdirdə məktəbdə işləməkdən imtina edəcəyik".

Məktəbin ictimaiyyətlə əlaqələr şöbəsindən "Axar.az"a hazırda təhsil müəssisəsində direktorluq vəzifəsini Yeganə adlı müəllimənin həyata keçirdiyi söylənilib. Məktəb nümayəndəsinin sözlərinə görə, hələlik direktor müəyyən edilməyib:

"Direktor vəzifəsini Yeganə müəllimə yerinə yetirir. Yeni təyinatla bağlı isə heç bir məlumatımız yoxdur. Yeni təyinatın olub-olmaması haqqında da bir söz deyə bilmərəm".

Sabirabad rayon Təhsil Şöbəsindən isə belə bir təyinatın olmayacağı bildirilib:

"Əvvəllər Məleykə Həsənova Təhsil Şöbəsinin müdiri idi. Sonra Təhsil Nazirliyinin qərarı ilə işdən uzaqlaşdırıldı. Hazırda Məleykə xanım Qaratəpə kənd əsas məktəbinin direktorudur. Hələlik 1 saylı məktəbə direktor təyin edilməsi barədə heç bir məlumat yoxdur".

Tarix
2014.02.26 / 21:58
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla