Yuxarı

"Da Vinçi" adlı inanılmaz dinləmə proqramı - Şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Eyni vaxtda yüz minlərlə şəxsi dinləyə bilən "Da Vinçi" adlı proqramın Türkiyə hüquq-mühafizə orqanlarına satıldığı ortaya çıxıb. 7 min səs yazısının bu casus proqramla həyata keçirildiyi bildirilib.

"Axar.az" xəbər verir ki, "Vaşinqton Post"da yayımlanan xəbərə görə, xarici dövlətlər ABŞ-dakı jurnalistlərə qarşı casus proqramlardan istifadə edir.

Xəbərdə ABŞ-da Gülən hərəkatına qarşı müxalif işləri ilə tanınan bir xanım akademikə göndərilən e-məktubun beynəlxalq kiber-casusluq şəbəkəsini ortaya çıxardığı bildirilib. Təhlükəsizlik səbəbindən adı yazılmayan xanım akademiklə əlaqədar xəbərdə ABŞ-ın virtual müşavirlik şirkəti "Arsenal Consulting"ə istinad edilir.

Bir e-poçt skandal yaratdı

Xəbərdə xanım akademikin casusluq şəbəkəsinin ortaya çıxarması bu cür izah edilir:

"Xanım akademik keçən il Gülən hərəkatı ilə əlaqədar birlikdə araşdırma apardığı Harvard universitetində işləyən həmkarlarının birindən bir e-məktub alıb. Məktubda "Salam, Gülən hərəkatı haqqında yeni bir sayt var: hizmetesorulanlar.org. Həmçinin göndərdiyim məqaləni də oxumalısınız. (şifrə:12345)",- yazılmışdı.
Ancaq xanım məktubun sonunda "Harvard.edu" olması lazım olan ünvanın "Harward.edu" olduğunun fərqinə varıb. Həmçinin "hizmetesorulanlar.org" olaraq görünən linkin əslində "www.mypagex.com/fileshare/questions/main.html" linki ilə başqa bir sayta yönləndirilmişdi".

Türkiyədən göndərilib

Bundan sonra Harvardlı xanım akademik məsələni "Arsenal Consulting" şirkətinə bildirib. Araşdırmadan sonra hadisənin beynəlxalq səviyyədə olduğu aydın oldu və şirkət virtual dünyanın ən prestijli saytı "Wired"ə bilgi verib. "Wired"in məlumatına görə, "Arsenal Consulting" mütəxəssisləri, mərkəzi Türkiyədə yerləşən "mypagex.com" adlı saytın bir virus yükləmək funksiyasını kəşf edib. Xanıma görə e-məktub Türkiyədəki bir mərkəzdən yüklənən professional bir "pis proqram" idi. Virusun adı isə "Remote Control System" (Uzaqdan kontrol etmək sistemi) idi. Digər adıyla "Da Vinçi" də demək olar. "Da Vinçi" İtaliyada "Hacking Team" adlı proqram şirkətində yaradılıb. Şirkət bu proqramı aralarında Türkiyənin də olduğu 30 ölkəyə satdıqlarını bildirib:

"Terrorla mübarizədə təsirli üsul" adı ilə satılan proqram ölkələrin polis, məhkəmə və kəşfiyyat idarələri tərəfindən istifadə edilib. "Vaşinqton Post"dakı xəbərdə qanuni olmayan dinləmələri apara bildiklərinə dair Efiopiyadan Azərbaycana, Tailanddan Myanmara qədər bir çox ölkənin adı verilib.

Dövlət içində dövlət qurmaq istəyənlərmi ələ keçirib?

Qəzet Gülən hərəkatının bu proqramla xanım akademiki hədəfə götürmüş ola biləcəyini bildirib. Bu fakt isə Türkiyə hüquq-mühafizə orqanları tərəfindən alınan bu proqramı təhlükəsizlik orqanlarında çalışan Gülən tərəfdarlarının ələ keçirdiyi ehtimalını gücləndirir.

Tarix
2014.02.26 / 21:05
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla