Yuxarı

Sürücünün vurub, qaçdığı qadın mətbuata müraciət etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Binəqədi qəsəbəsi, 2-ci Mədən, korpus 170, ev 17 ünvanında yaşayan Novruzova Lətafət Mirqəzəb qızı Kütləvi İnformasiya Vasitələrinə müraciət ünvanlayıb.

Həmin müraciəti diqqətinizə çatdırırıq:

"11.01.2014-cü il tarixdə saat 23:30 radələrində həyat yoldaşım Novruzov Elbrus Novruzəli oğlu ilə Binəqədi rayonu, S.S.Axundov ilə Azadlıq prospektinin kəsişməsində yerləşən piyada zolağının üstü ilə avtobus dayanacağına tərəf keçmək istəyərkən, gümüşü rəngdə "Mersedes" markalı minik maşını hər ikimizi vuraraq, hadisə yerindən qaçıb.

Həyat yoldaşım ciddi xəsarət almasa da, mən ağır xəsarətlər alaraq, əməliyyat olunmuş və uzunmüddətli yataq rejimində qalmağa məcbur olmuşam.

Cinayət hadisəsinin baş verməsindən təxminən 45 gün keçməsinə baxmayaraq, bu günə qədər də təqsirkar cinayət məsuliyyətinə cəlb edilməyib.

Şəhərin hər 100-200 metrdən bir videomüşahidə qurğularının yerləşdirilməsinə baxmayaraq, hadisəni törətmiş nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının və sürücünün şəxsiyyətinin müstəntiq tərəfindən müəyyən edilməməsi ölkəmizin bütün hüquq-mühafizə orqanlarına utancverici bir nəticədir.

Bizim əslimiz Saatlı rayonundandır, bura işləyib, ailəmizi dolandırmağa gəlmişik. Lakin hər addımda qanunlara riayət etməyə çalışmışıq. Hətta avtomobil yolunu keçəndə belə piyadalar üçün müəyyən olunmuş yerdən keçmişik. Məhz həmin piyada zolağının üstündə gəlib bizi vurub, az qala üstümüzdən keçən və heç nə olmamış kimi, hadisə yerindən qaçan cinayətkar hələ də azadlıqdadır.

İş icraatında olan Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi Nuru Həsənov bu günə qədər dəqiqləşdirdiyi məsələ - maşının gümüşü rəngdə "Mersedes S Class" markalı olmasıdır. Biz araşdırmanın gedişindən və araşdırmaya prosessual rəhbərlik edən Binəqədi Rayon Prokurorluğundan narazıyıq.

Bu narazılığımızı 23.01.2014-cü il tarixli əsaslandırılmış ərizələr şəkildə Bakı şəhər prokuroru Əziz Seyidova, Binəqədi prokuroru Nazim İmanova, Daxili işlər naziri Ramil Usubova bildirsək də, bu günə qədər hər hansı tədbir görülməyib.

Piyada zolağının üstündə piyadaların vurulması hadisələrinə ciddi diqqət yetirilməlidir, çünki bu hal birbaşa piyadaların və sürücülərin yol hərəkəti qaydalarına diqqətinin və inamının artmasına gətirib, çıxaracaqdır.

Müstəntiqin "maşının nömrəsi kameraya düşməyib" ifadəsi məlumdur nəyə hesablanıb! Axırda bizə deyiləcək ki, guya cinayətkar tapılmadı və iş dayandırıldı. Halbuki, Daxili İşlər Nazirliyinin və ümumiyyətlə hüquq-mühafizə sisteminin ən son modelli texniki avadanlıqları imkan verir ki, gecə vaxtı avtomaşınların dövlət qeydiyyat nömrələrini asanlıqla müəyyən edə bilsin, onlar bilir hansı mütəxəssis işindən mən danışıram.

Bizdə olan məlumatlara görə, həmin cinayətkarın kimliyi bəllidir, sadəcə bu cinayətkar öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək işi "ört-basdır" etməyə qadirdir.

Qeyd etdiyim şikayətlərdən bir aydan çox vaxt keçməsi və hələ də cinayət işi üzrə ciddi tədbirlərin görülməməsi səbəbindən Sizlərdən – kütləvi informasiya vasitələrindən yardım istəməyə qərar verdim.

Xahiş edirəm bu məsələni ictimaiyyətin diqqətinə çatdırın, bəlkə Prezident Administrasiyasının Şöbə müdiri Fuad Ələsgərov, daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov və ya hüquq-mühafizə orqanlarından olan digər bir rəhbər şəxs bu yazını oxuyandan, mənim ağır vəziyyətimi görəndən sonra həmin cinayətkarın ifşa edilməsində və istintaqın düzgün aparılmasında yardımçı olsun". ("Musavat.com")

Tarix
2014.02.26 / 19:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla