Yuxarı

“Yarımçıq əlyazma”nın ikinci nəşri - Türkiyədə

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan, Rusiya, Fransadan sonra Kamal Abdullanın "Yarımçıq əlyazma"əsərinin ikinci nəşri Türkiyədə, "Ötüken" nəşriyyatında işıq üzü görüb.

"Axar.az"xəbər verir ki, kitaba ön sözü əsəri türk dilinə tərcümə edən professor-doktor Ali Duymaz yazıb.

Ön sözdə əsərin Azərbaycanda ilk postmodern roman olduğu vurğulanıb.

Yazıçı Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı həm Azərbaycanda, həm də ölkəmizdən kənarda müxtəlif ədəbi çevrələrdə geniş müzakirələrə səbəb olub.

Əsərdə mətn içərisində mətn estetikası özünü göstərir: gənc tədqiqatçı Əlyazmalar institutunda elmə məlum olmayan bir salnamə aşkarlayır və bunun "Kitabi Dədə Qorqud" eposunun yazılmadan öncəki qeydlər olduğunun fərqinə varır. Romanda Dədə Qorqudun və Orta çağ Azərbaycan hökmdarı, şairi Şah İsmayıl Xətainin bir-biri ilə çulğaşan həyat hekayətləri tamamilə yeni interpretasiyada təqdim olunur.

Xatırladaq ki, əsər dünyanın on bir dilinə tərcümə edilərək, Rusiya, Fransa, Türkiyə, Braziliya, Misir, Polşa, ABŞ və s. ölkələrdə nəşr olunub. Bir çox ölkələrdə "Yarımçıq əlyazma"nın təqdimatı olub və müxtəlif universitet çevrələrində əsərin müzakirələri keçirilib.

Türkiyədə "Eksik el yazması" adlı kitabın birinci nəşri 2006-cı ilə təsadüf edir.

Tarix
2014.02.26 / 19:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla