Yuxarı

Eyvaz Əlləzoğlunun ölümündən 3 il ötdü

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

1956-cı ildə Gürcüstan Respublikasının Qardabani (tarixi adı Qarayazı) rayonunun Muğanlı kəndində anadan olan Eyzaz Əlləzoğlu 2011-ci il fevralın 26-sı 55 yaşında Bakıda vəfat edib.

"Axar.az" Eyvaz Əlləzoğlunun bir hekayəsini təqdim edir:

Siçanin ölümü

Onu bura yəqin sürüyüb gətirən ac mədəsiydi.

Pəsinib eləmədən, bizim ev sahibi olmağımızı vecinə almadan dolabın üstü ilə aşağı gəldi. Bulanlıq gözləri nəyisə arayırdı. Sonra göz-gözə qaldıq.

O irəli yeridi. Bayaq onu görərkən əyilib yerdən götürdüyüm ayaqqabının bir tayı ilə siçanı vurdum. O yastılanıb arxası üstə düşdü, qıçları son kərə çırpındı, quyruğu lüzumsuz məftil kimi düşüb böyründə qaldı.

Özünü bilə-bilə ölümə atandan sonra masamın üstündə qayğısız uzanıb qalmışdı.

Qəfil tutduğum işdən peşman oldum. Bildim ki, daha o hər gecə yuvasından çıxıb masamın üstündəki qəzetləri xışıldada-xışıldada bir daha özüylə yemək aparmayacaq, onun səsinə oğlum yuxudan oyanmayacaq.

Həm də düşünürdüm: axı siçan niyə belə etdi? Özünü niyə bilə-bilə ölümə atdı? Bəlkə o belə yaşamaqdan bezmişdi?

İçimdə siçana ağı deyirdim. Kürəyimin arxasında durub siçan ölüsünə baxan arvadım məsləhət gördü ki, onu bayırdakı zibill yeşiyinə atım. Elə də etdim. İlk qar dənələri onun hələ də isti olan bədəninə qondu (Azadliq.org).

Tarix
2014.02.26 / 19:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla