Yuxarı

Məhəmməd Əlinin qələbəsi saxta olub - FTB

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin "Tayms" qəzeti ABŞ Federal Təhqiqat Bürosunun (FTB) yeni açıqlanan sənədlərinə istinad edərək əfsanəvi boksçu Məhəmməd Əlinin 50 il əvvəl qazandığı çempionluğun saxta olduğunu və həmin döyüşün satıldığını iddia edib.

"Axar.az"ın xəbərinə görə, qəzet eyni zamanda Məhəmməd Əlinin bu saxtakarlıqlardan xəbərsiz olduğunu da xüsusi vurğulayıb:

"O zaman onsuz da olimpiya çempionu olan Məhəmməd Əlinin saxtakarlığın içində olduğuna dair sənəd yoxdur, ancaq həmin döyüşdə rəqibi Listonun performansı dərhal şübhə oyandırdı. Beşinci raundda çətinlik çəkən Əli sonradan özünə gəlidi, lakin Liston çiynindəki zədə səbəbindən döyüşü davam etdirə bilmədi".

Qəzet daha sonra qeyd edib ki, döyüşdən tam 50 il sonra ortaya çıxan və o zamanın FTB rəhbəri olan Edqar Huverə göndərilən bir yazıda Las Veqasdan olan mafiya başçısı Eş Resnikin adı hallanır.

Hyustonlu başqa bir qumarbaz isə Resnik və Məhəmməd Əlinin rəqibi Listonun döyüşdən sonra hərəyə 1 milyon dollar qazandıqlarını bildirib: "Döyüşdən bir həftə sonra "Sport İllustrated" jurnalı döyüşün favoriti Listonu dəstəklədiyi üçün Resnikin çoxlu miqdarda pul uduzduğunu yazmışdı. Ancaq jurnalın bu xəbəri döyüşün satılmasını ört-basdır etmək üçün verdiyi ortaya çıxıb".

Tarix
2014.02.26 / 13:14
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla