Yuxarı

Azərbaycanda benzinin idxal rüsumu ləğv edildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında" 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edib.

"Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, dəyişiklik avtomobil benzin növləri üzrə gömrük idxal rüsumu dərəcələri ilə bağlıdır.

Dəyişikliyə əsasən, 95-dən az oktan ədədi ilə ifadə olunan (A-72 markalı) benzin növü üzrə 15 faizlik gömrük idxal rüsumu ləğv edilib. Bu qərar 2014-cü il iyunun 1-dək qüvvədədir. A-95 və daha yüksək markalı benzin növləri üzrə də 15 faizlik gömrük idxal rüsumu ləğv edilib və bu, zamanla məhdudlaşdırılmayıb. Yüksək markalı benzin növləri üzrə gömrük idxal rüsumunun ləğv edilməsi fevralın 1-dən qüvvədədir.

Nazirlər Kabineti "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında" Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edilməsi barədə" 2014-cü il 21 yanvar tarixli 16 nömrəli qərarını isə ləğv edib. Həmin qərara əsasən, bütün benzin növləri üzrə 15 faizlik gömrük idxal rüsumu bu il iyunun 1-dək ləğv edilmişdi.

Tarix
2014.02.26 / 13:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla