Yuxarı

Ukraynadan sonra hədəfdə Türkiyədir – Şok iddia

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə yaxşı başa düşür ki, o, ABŞ-ın hədəfində olan növbəti ölkədir".

"Axar.az" xəbər verir ki, bu açıqlama ilə rus politoloqu Leonid Savin çıxış edib.

O, Türkiyənin Avropa İttifaqı və ABŞ-ın siyasətindən canını qurtarmağa çalışdığını deyib:

"Türkiyə yaxşı başa düşür ki, o, ABŞ-ın hədəfində olan növbəti ölkədir. O da Ukrayna kimi qeyri-stabilliyə meyllənəcək. Ərdoğanın Suriya döyüşçülərinə dəstək verməsi, həmçinin kürd məsələsi onun başının üstündə "Domokl qılıncı" kimi dayanıb. Fətullah Gülənin Ərdoğan və partiyasına qarşı danışması isə məsələləri tamamilə qarışdırıb. Bununla bərabər isə Türkiyənin Rusiyadan asılılığı çoxdur və Avropa İttifaqı ilə münasibətləri yaxşı deyil. Əgər Türkiyə siyasətçilərinin Şərqə doğru irəliləməklə bağlı çıxışlarına fikir versək görərik ki, onlar da Avropa İttifaqının ekspansiyasına nifrət edirlər. Bu nifrəti xüsusilə Avropa İttifaqının Vaşinqtonla birgə həyata keçirdikləri Ukrayna siyasətində müşahidə edə bilərik".

Qeyd edək ki, bir müddət öncə Qərb mətbuatı da Türkiyənin Ukraynadan sonra hədəfdə olan əsas ölkə olduğu haqqında informasiya yaymışdı.

Tarix
2014.02.26 / 11:51
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla