Yuxarı

Türkiyədə yaşayan azərbaycanlının əməlləri - Şok

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Haqqında danışacağımız və başına anlaşılmaz işlər gələn şəxsin 28 yaşı var. Texnikum bitirib. Kinq-boksinq, taekvando ilə məşğul olur. Bir neçə dərəcəsi var, hətta kinq-boksinq üzrə respublikada yer də tutub. Haqqında niyə yazacağımızın səbəbini sizə açıqlamazdan əvvəl deyim ki, illərdir işsizlikdən əziyyət çəkir. Bacarıqları, riyazi bilikləri qaydasındadır, üstəlik kompüter mühəndisliyi üzrə təhsil alıb.

Elə CV-yə də bütün bu göstəriciləri yazıb, vakansiya üzrə Azərbaycanda çox yaxşı tanınan "boss.az" saytına yerləşdirib.

"Axar.az"a başına gələnlər haqda danışan gənc CV-dən sonra ona gələn telefon zənglərinə cavab verib, ona uyğun işləri dəyərləndirməyə çalışıb. Çox keçmədən onu mühafizə işinə qəbul etmək istəyən cəlbedici bir nəfər tapılıb. Dediyinə görə, "zibilə" də elə bundan sonra düşüb:

Skayp ünvanına verdi ki...

"Telefonuma zəng gəldi, işə dəvət edirdilər məni. Zəng Türkiyədən idi. Xeyli danışdıq. "Gəl, bizimlə işlə, mənim mühafizəçim ol", - bir kişiydi. Əvvəlcə heç bir qeyri-adilik görmədim, uzun-uzadı danışdıq. Sonra hər gün mənə zəng gəlməyə başladı. Skayp ünvanını verdi ki, onunla əlaqə saxlayım.

Məni yeməyə dəvət etdi

60 yaşlı, keçəl, saqqalı bir kişidir. Dindar adamdı özü də. Telefonuma müxtəlif mövzularda davamlı "sms"lər yazırdı. Onunla xaricə getməyimi istədi. İmtina etdim. Axı bələd olmadığım bir işə necə gedim?..

Pul da göndərdi. İşlərinin nə olduğunu mənə açmasa da, iş adamı olduğunu deyirdi. Daha sonra nə isə düz adama oxşamadığını anladım. Məni yeməyə dəvət etdi. Bakıda görüşdük. Restoranda yemək yeyə-yeyə iş barəsində danışdıq.

Ofisiantlara 50-60 manat çay pulu verirdi

İşimin nə olacağını dəfələrlə soruşdum, ancaq sualımı cavablandırmadı. "Gedək bizə, səni işinlə tanış edim. İnanıram ki, işini çox sevəcəksən. Mənim 7-8 qulluqçum var, şəhərin kənarında isə villam. Sənin də evin orda olacaq", - ancaq bunları deyirdi.

Başa düşürəm ki, bu yolla məni qarmağa keçirtmək istəyirdi. Çünki əgər mənə dediyi işlə tanış olsaydım, heç vaxt məni sərbəst buraxmazdı. Yemək yediyimiz yerdə on zəng gəldi, eynilə mənimlə danışdığı kimi, o adamlara da "ona deyin, məni skaypa əlavə etsin, danışarıq", - deyirdi.

Anladım ki, özünə iş adamı deyən bu adam mənim kimi internetdə CV qoyan başqa cavan oğlanları da şirnikləndirib, onlardan yəqin ki, hansısa məqsədlər üçün istifadə edir. Çünki çox şübhəli bir adama oxşayırdı. Tez-tez soruşurdu ki, onunla görüşə kiminlə gəlmişəm, yanına gəlməyimi özümdən başqa kim bilir? Sonra cibindəki pulları elə çıxardır, sanki mənim bu pulları görməyimi istəyirdi ki, şirniklənim. Yüzlükləri sağa-sola atır, ofisiantlara çay pulu kimi 50-60 manat verirdi. Bir-neçə dəfə təkid etdi ki, dərhal onunla gedim.

Təhlükəsizlik orqanlarında arxası var

Müsahibim bu sözləri danışa-danışa söz arası mənə: "Yazında adımı çəkmə, qorxuram ki, mənə bir şey edər", - deyir.

Dediyinə görə, onu işə dəvət edən adamın həm pulu çoxdur, həm də guya Azərbaycan təhlükəsizlik orqanlarında arxası var. Bunu özü deyib.

Sahibkar, biznesmen olduğu bilinməyən bu adam tərəfindən ona dəfələrlə təhdid edilib:

Çılpaq şəkllərimi istədi

"Ondan o zaman şübhələndim ki, məndən çılpaq şəkillərimi istədi, mənsə etiraz etdim. Bundan sonra "sms"lər yazıb, çılpaq şəkillərimi ona göndərməmi bir-neçə dəfə xahiş etdi. Əsəbiləşib "sms"lərinə cavab vermədim. İndi də durmadan mənə "sms"lər yazır. Ondan necə canımı qurtaracağımı bilmirəm, düzü, mənə bəlkə də heç nə edə bilməz, amma ehtiyatı əldən vermək istəmirəm. Hər cür şərait yaradacağını deyib, ancaq bunları nəyin müqabilində edəcəyini bildirmir. Bircə bunu dedi ki, qaçıb canını qurtarmağa çalışsan, səni bir saatın içində taparıq.

Dediyinə görə, CV-mi arxivləşdirib, özündə saxlayır. Yazdığı "sms"lərini isə silməmi istəyir. Mən də saxlamışam ki, birdən nə isə baş versə, sübut olsun. Qəribə suallar verirdi mənə..."

İş axtarmaq üçün CV yerləşdirib, ancaq iş tapmayıb, sadəcə ağılalmaz işə keçib. Deyir, həmin adamın internetdə CV yerləşdirən gəncləri ovlayıb, sonra başlarına nə oyunlar açdığını belə nə bilmək istəyir, nə də xəbərdar olmaq. Tək istədiyi şey canını bu müəmmadan qurtarmaqdır.

Tarix
2014.02.26 / 10:44
Müəllif
Vəfa Nağı
Şərhlər
Digər xəbərlər

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla