Yuxarı

Türk müxalifətindən Xocalı soyqırımı tələbi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə müxalifətdə olan Böyük Birlik Partiyasının sədri Mustafa Dəstəçi ölkənin Böyük Millət Məclisindən (TBMM) Xocalı faciəsinin soyqırım kimi qəbul olunmasını tələb edib.

Bu barədə Türkiyənin "Bu gün" qəzeti xəbər verib (Trend).

M.Dəstəçi bildirib: "Türkiyə Böyük Millət Məclisi 2014-cü ildə Xocalı faciəsini soyqırım kimi qəbul etməlidir".
O qeyd edib ki, Azərbaycan türklərinə qarşı edilən bu vəhşilik yaddaşlardan silinməyəcək.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Tarix
2014.02.26 / 09:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla