Yuxarı

Aşağı Ayıblıda yol terroru: 2 hərbçimiz öldü - Yenilənib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

07:29

Tovuz rayonu, Aşağı Ayıblı kəndində "Ford" markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib.

Yanğın nəticəsində minik avtomobilinin yanar hissələri yanıb.

"Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı "Mercedes" avtomobilində olan sürücünün və sərnişinin meyiti aşkar olunub. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın saat 07:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Binəqədi rayonunda beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsinin dəhlizində və 5 kv.m sahədə lambirdən ibarət tavanı yanıb. Yataqxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

11:04

Tovuz rayonunda baş verən ağır yol qəzasında yanaraq ölən hərbçilərin adı açıqlanıb.

"Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, "Ford" markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobili toqquşması nəticəsində "Mercedes"in sürücüsü, N saylı hərbi hissənin zabiti, İsmayıllı rayon sakini, 1986-cı il təvəllüdlü Nəzərov Elçin Tağı oğlu və sərnişin, həmin hərbi hissədə müddətdən artıq hərbi xidmət edən Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini, 1983-cü il təvəllüdlü Zeynalov Elçin Zakir oğlu yanaraq dünyalarını dəyişiblər.

"Ford"un sürücüsü, Gəncə şəhər sakini, 1947-ci il təvəllüdlü Məmmədov Saleh Əziz oğlu isə ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Tarix
2014.02.26 / 11:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla