Ana səhifə Gündəm |
Krım Muxtar Vilayətində vəziyyət həddindən artıq gərginləşib.
Bunu "Axar.az"a Krımda yaşayan və məhz vəziyyətin ciddi şəkildə nəzarətə alınmasından narahat olduğu üçün adının açıqlanmasını istəməyən soydaşımız bildirib.
Onun sözlərinə görə, rus hərbi qoşunlarının sayı artırlmaqdadır: "Sabah Krımda iki qarşı-qarşıya duran tərəfin aksiyası keçiriləcək. Hansı nəticələr olacaq, bunu Allah bilir. Dünəndən etibarən rusiyalı deputatlar Krıma gəlməkdədir. Ukrayana mərkəzi hakimiyyəti isə burada demək olar ki, yox səviyyəsindədir. Krım tatarları silahsızdırlar və olduqca narahatdırlar. Ancaq axıra qədər mubarizə aparacaqlar. Deyəsən, yaralı Ukraynanın hazırkı vəziyyətindən istifadə edən ruslar hücum çəkmək istəyirlər".
O, bu gün Radanın üstünə Rusiya Federasiyası bayrağının qaldırılması ilə keçirilən aksiyaya da münasibət bildirib: "Krım Ali Radasının sədri Konstantinov ruspərəstdir və Rusiya ilə danışıqlardadır. Bu azsaylı piket də onun istəyinə uyğundur. Ancaq Krımda heç də böyük əksəriyyət Konstantinovun mövqeyini bölüşmür. Vəziyyət kənardan göründüyündən daha mürəkkəb və daha çətindir. Yerli rusları qızışdırırlar, xüsusi provokatorlar işləyir. Kimlərə, haralara silahların paylandığı bilinmir, müxtəlif şayiələr gəzir. Sabah aksiyada hər şey ola bilər. Hazırda burda hamı həyacan içindədir…"
Tarix
2014.02.26 / 01:44
|
Müəllif
Ruslan Məmmədoğlu
|