Yuxarı

Ermənilər Tale Heydərovun tədbirini poza bilmədi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 24-də Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Fransadakı nümayəndəliyi Parisdə XVIII əsrə aid tarixi abidə sayılan "Église Saint-Roch" kilsəsində Xocalı anım konserti təşkil edib.

Konsertə xarici diplomatlar, Azərbaycanın dostları və musiqi sevərlərdən ibarət 260 qonaq qatılıb. Konsert proqramında Azərbaycan və Avropa klassik musiqisinin zəngin nümunələri yer alıb. Bu əsərlər 1992-ci il, fevralın 26-da Xocalıda baş vermiş qırğın zamanı 613 nəfər dinc sakinin xatirəsini ithaf olunub.

Konsertdən əvvəl AAC-nin Fransadakı nümayəndəliyinin rəhbəri Eliza Piter tədbir iştirakçıları qarşısında çıxış edərək bildirib ki, Xocalı qətliamı gənc, müstəqil Azərbaycanın tarixində ən kədərli səhifədir: "Biz həlak olmuş insanların xatirəsini heç zaman unuda bilmərik".

Sonra Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanlı skripkaçı Sabina Rakçeyeva, suriyalı klarnet ustası Kinan Azmeh və "Solstiş Strinq" kvartetinin müşayiəti ilə "Xocalı 613" adlı möhtəşəm əsərin simli kvartet üçün uyğunlaşdırılmış versiyası ifa olunub. Qeyd edək ki, AAC-nin sifarişi ilə fransız bəstəkarı Pyer Tilloyun bəstələdiyi əsərin premyerası ötən il olmuş və müvafiq olaraq "Victoires de la Musique Classique"nüfuzlu mükafatına layiq görülüb.

Konsert zamanı çıxış edən fransız bəstəkar Pyer Tilloy deyib: "Mən Azərbaycanın daimi ziyarətçilərindənəm və mənim qəlbimdə Azərbaycanın öz yeri var. Mən bu iki xalqın arasında barışığın olacağına inanıram və həlak olmuş insanların xatirəsini yad etmək üçün "Xocalı 613" adlı musiqi əsərini orkestr üçün bəstələmişəm. Bu əsərlə mən istədim ki, həmin dəhşətli gecədə həm cismani, həm də ruhu ilə əziyyət çəkmiş, hər şeyini, hətta ümidlərini belə itirmiş o qadın və kişilərin xatirəsini hərtərəfli yad edək. Biz bunu heç zaman unutmamalıyıq".

Anım konserti Böyük Britaniyada yaşayan azərbaycanlı skripkaçı Nəzrin Rəşidova və onun qadınlardan ibarət "FeMusa" ansamblının çıxışı ilə davam edib. Proqramda müasir azərbaycanlı bəstəkar Aqşin Əlizadənin "Muğam" adlı 4-cü simfoniyasından götürülmüş 3-cü hissənin Fransa premyerası səsləndirilib. 30 il bundan əvvəl bəstələnmiş bu əsərdə muğam ifaçılarının səsini, o cümlədən insan səsinə sözsüz keçid elementlərinin müasir kompozisiyası əks olunur.

Bu tədbir zamanı Fransa polisi yerli erməni diasporunun radikal üzvlərinin təhdidi altında işləməli olub ki, bu fakt da tədbirin daha da təmtəraqlı olmasından xəbər verir. Paris kilsəsində fransız jandarmasının mühafizəsi altında Pier Tilloyun "Xocalı 613" əsəri ifa olunarkən xüsusilə kəskin idi.

AAC-nin direktoru Lionel Zetter öz çıxışında bildirdi: "Biz bu əzəmətli tədbirin problemsiz baş tutmasını təmin etdikləri üçün Fransa hökumətinə və yerli polisə çox minnətdarıq. Onlar planlaşdırdıqları kimi kilsəni mühasirəyə almaq əvəzinə öz vərəqələrini yaxınlıqdakı metro stansiyalarında paylamağa məcbur qaldılar. Növbəti ilin fevralında Xocalı anım mərasimini yenidən Parisdə keçirəcəyik".

Qeyd edək ki, AAC-nin yaradıcısı və rəhbəri Tale Heydərovdur.

Tarix
2014.02.25 / 22:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla