Yuxarı

Hər iki videonun Bakıda çəkilməsinə irad tutdular... - Foto/Video

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Axar.az" ölkənin ictimai-siyasi fikir məkanında tanınan gənclərdən biri Bəxtiyar Hacıyevin son zamanlar gənclər arasında məşhurlaşan "Birlik üçün oxu" layihəsi ilə bağlı fikirlərini oxucularına təqdim edir.

- "Birlik üçün oxu" layihəsinin ideyası necə yarandı və ideyanın gerçəkləşdirilməsində məqsəd nə idi?

- Bu layihənin reallaşdırılması 2013-cü ilin əvvəlində bir tədbirdə indiki koordinatorumuz olan Aygül Salehova ilə söhbət zamanı yarandı. Biz düşündük ki, istedadlı gəncləri bir yerə toplaya və bu layihəni Azərbaycanda reallaşdıra bilərik. Daha sonra sosial şəbəkələrdə elan verdik, ilk videonu 2013-cü ilin mart ayında hazırladıq.

Layihəni reallaşdırmaqda məqsədlər cəmiyyətə birlik mesajı vermək, istedadlı gənclərimizi tapmaq, üzə çıxarmaq, ortaya maraqlı bir layihə qoymaq və ən əsası, bu prosesdən zövq almaq idi. Layihə çərçivəsində bir çox istedadlı gənc bir-biri ilə tanış olublar və sonradan başqa layihələrdə əməkdaşlıq edirlər.

- İfa edilən musiqilərin seçimi zamanı hansı meyarlar nəzərə alınıb?

- İfa edilən mahnıların xalq mahnıları, yaxud gənc nəslin unutmaqda olduğu mahnılar olmasına üstünlük veririk. Bizi narahat edən məsələlərdən biri də o idi ki, kifayət qədər gözəl xalq mahnılarımız, bəstəkar mahnılarımız olsa da, korifeylərimizin çox gözəl ifaları olsa da, son zamanlar televiziyaların və şou-biznes təbliğatının nəticəsində bəzən bayağı ifaçılar, bayağı ifalar daha çox tanınırdı, nəinki hansısa xalq mahnımız. Ona görə də çalışırıq ki, seçdiyimiz ifalar gənc nəslin yaddaşına dəyərli mahnılarımızı da yeni aranjimanda həkk etsin.

- "Birlik üçün oxu"yanların bir yerə yığılması və seçim prosesi nə qədər zaman aldı?

- İlk layihə üçün biz sosial şəbəkələrdə elan vermişdik və bir neçə ay həmin gənclərlə danışdıq, bir neçə dəfə Müsbət Dəyişiklik Gənclər Hərəkatının ofisində məşqlər oldu. Yeni aranjimanın hazırlanması, gənclərin məşqləri, səsyazma və çəkiliş bir neçə ay çəkdi. Çox vaxt biz istirahət məqsədi ilə bu məşqləri, çəkilişləri həftə sonlarına salırdıq. İlk layihənin uğurlu olacağına şübhə ilə yanaşanlar var idi, çünki ortada istinad etmək üçün heç nə yox idi. Amma yekun video hazır olanda xüsusi ilə sosial şəbəkələrdə minlərlə insanın çox müsbət rəylərlə videonu paylaşması, duyğularını ifadə etməkləri göstərdi ki, bu layihə kifayət qədər uğurlu alınıb.

Sonra bir müddət fasilə verdik, amma sosial şəbəkələrdə insanlar yenə ilk videonu paylaşır və ikinci videonun hazırlanmasını tələb edirdilər. Biz də qərara gəldik ki, yenidən elan verək, daha çox iştirakçı cəlb edək və ikinci videonu hazırlayaq. İkinci videoda həm alət sayına, həm iştirakçı sayına görə, həm də ilk vaxtlarda insanların reaksiyası baxımından daha da uğurlu oldu.

- Bu layihənin ABŞ-da reallaşdırılan "Playing for Change" və Türkiyədəki "Doğa için çal" layihələrindən götürülməsi iddiası var və bunu necə dəyərləndirirsiniz?

- Biz bunu videonun sonunda da qeyd etmişik. Bu, qlobal bir hərəkatdır, dünyanın bir çox ölkəsində reallaşdırılır və biz ABŞ-da reallaşdırılan "Playing for Change" layihəsindən ilhamlanmışıq. Bu yaxınlarda həm "Playing for Change" ofisindən, həm də Türkiyədəki "Doğa için çal" rəhbərliyindən bizim layihə ilə bağlı təbrik mesajları almışıq. Bundan başqa Azərbaycanın və Türkiyənin bir çox dəyərli, nüfuzlu, tanınmış sənət adamları layihəmiz haqqında öz xoş hisslərini bizə çatdırıblar.

- Layihənin büdcəsini bilmək maraqlı olardı. Lazım olan vəsaiti necə əldə etdiniz?

- Hər iki video üçün xərclədiyimiz vəsait 1000 AZN-dən az olub. Hər iki videoda biz minimum icarə xərclərini (studiya, avadanlıq icarəsi) ödəməklə, yerdə qalan bütün işləri könüllü olaraq həyata keçirmişik. Birinci videonun hazırlanması üçün Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən 1500 AZN Müsbət Dəyişiklik Gənclər Hərəkatına dəstək olub. İkinci layihədə həm öz imkanlarımızla, həm də o vəsaitdən qalan hissə ilə minimum icarə xərclərini ödəmişik. Üçüncü layihə üçün isə sponsor tapmağı, çəkilişlərin bir hissəsini Azərbaycanın müxtəlif rayonlarında etməyi düşünürük.

- Necə düşünürsünüz, reallaşdırdığınız bu layihə ilə bütün sosial təbəqədən olan insanların maraqlarını qarşılaya bildinizmi?

- Layihənin adından da göründüyü kimi, biz musiqidə fərqli notların bir-biri ilə ahəng yaratdığı kimi, fərqli düşüncələrin də cəmiyyətdə bir ahəng yaradacağına inanırıq. "Birlik üçün oxu" adı qoyduğumuz bu layihə cəmiyyətdə fərqli siyasi, dini, ideoloji baxışları olan bir çox qrup tərəfindən çox müsbət qarşılandı. Minlərlə xoş reaksiya arasında cəmi bir neçə mənfi rəy eşitdik, o da bəzi texniki məsələlərlə bağlı idi. Məsələn, bizə hər iki videonun məhz Bakıda çəkilməsi irad kimi bildirilmişdi. Bunun isə səbəbi o idi ki, bizim kifayət qədər vəsaitimiz yox idi. Azərbaycanın müxtəlif regionlarında çəkiliş edək.

- "Birlik üçün oxu" layihəsinin növbəti çəkilişlərində hansı yeniliklər etməyi düşünürsünüz?

- Etmək istədiyimiz yeniliklərdən biri dünyanın müxtəlif ölkələrində yaşayan və təhsil alan gənclərimizi də bu layihəyə cəlb etməkdir. Biz sınaq olaraq ikinci videoda Ankara və İstanbuldan iştirakçılar cəlb etdik. Gördük ki, texniki baxımdan bunu etmək mümkündür. Bundan başqa layihə üçün sponsorluq etmək istəyən fərd və ya şirkətlər olsa, Azərbaycanın müxtəlif bölgələrində yaşayan istedadlı gəncləri də cəlb etmək, oralarda da çəkilişlər etmək mümkündür.

Təbii ki, layihəni reallaşdıran, koordinasiya edən, iştirak edən hər bir şəxsin gündəlik olaraq başqa işləri olduğunu, bu layihə ilə sırf başqa işlərdən vaxt qaldıqda məşğul olduqlarını nəzərə alsaq, üçüncü videoya qədər bir müddət fasilə olacağını təxmin edirəm.

Tarix
2014.02.25 / 18:06
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla