Yuxarı

Tiflis İrəvanı sıxışdırır: Skandal böyüyür

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Gürcüstandakı səfiri Yuri Vardanyan Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan mətbuatı yayıb.

Bununla bərabər isə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistanın Baş naziri Ovik Abramyana zəng edərək məsələni izah etməsini istəyib. Dünən həmçinin Gürcüstanın Ermənistandakı səfiri Tengiz Şarmanaşvili də Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Şarmanaşvili burada Xarici İşlər nazirinin müavini Sergey Manasaryanla görüşüb. Hələlik heç bir tərəf görüşlər zamanı hansı məsələlərin müzakirə olunduğu haqqında rəsmi məlumat yaymayıblar.

Qeyd edək ki, bir müddət öncə "Cənubi Osetiya Parlamenti"nin rəhbəri Anatoli Bibilov Ermənistan Parlamentinin rəhbəri Qalust Saakyanla görüşmüşdü. Dünən Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat katibi David Kereselidze keçirdiyi brifinqdə bu məlumatın təsdiqlənəcəyi zaman İrəvana çox sərt reaksiya verəcəklərini bildirmişdi. İrəvan isə hələlik bu görüşün rəsmi xarakter daşımadığını deməklə məsələni boynundan atmağa çalışır.

Tarix
2015.05.05 / 14:48
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əsədov Ankarada mühüm iclasda: Protokol imzalandı

Rusiya-Ermənistan münasibətlərində həlledici an...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

Millət vəkili sirri açdı: Gömrük buraxır, AQTA “görmür”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla