Yuxarı

Milli Olimpiya Komitəsindən etiraz

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi "Amnesty International" beynəlxalq hüquq təşkilatının Avropa Oyunları ilə bağlı qeyri-dəqiq və qərəzli hesabatı ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda deyilir:

"Amnesty International" beynəlxalq hüquq təşkilatının Avropa Oyunlarının başlanmasına 100 gün qalmış yaydığı qeyri-dəqiq və qərəzli hesabat Azərbaycana qarşı növbəti təxribatdır.

Bu hesabatda verilən məlumatlar və İsveç Olimpiya Komitəsinin prezidenti Stefan Lindeberqin İsveçin "Aftonbladet" qəzetinə verdiyi müsahibədə Bakıda keçiriləcək I Avropa Oyunları haqqında danışarkən Azərbaycanla bağlı doğru olmayan, əsasını yalan və iftira təşkil edən fikirlər söyləməsi, Azərbaycana qara yaxmaq, Avropa Oyunlarını ictimaiyyət qarşısında gözdən salmaq məqsədinə xidmət edən təxribatdan başqa bir şey deyil.

İsveç Olimpiya Komitəsinin Azərbaycandakı repressiyalarla əlaqədar Avropa Olimpiya Komitəsinə müraciət etməsi haqqındakı iddialar isə sözün əsl mənasında riyakarlıqdır.

Avropa Olimpiya Komitəsindən aldığımız məlumata əsasən onlara İsveç Olimpiya Komitəsindən heç bir məlumat daxil olmayıb və bu məsələ Komitə tərəfindən araşdırılacaqdır.

Biz təəssüf edirik ki, İsveç Olimpiya Komitəsinin prezidenti Azərbaycan haqqında belə bir bəyanatla çıxış edib. Məlumat üçün bildiririk ki, bu insanın Azərbaycana qarşı mənfi münasibəti hələ 2012-ci ildə Avropa Olimpiya Komitəsinin Romada keçirilən 8-ci Baş Assambleyası vaxtı aşkar olundu. İsveç Olimpiya Komitəsinin prezidentinin özünün etiraf etdiyi kimi, 48 ölkənin iştirak etdiyi seçkilər zamanı İsveç Olimpiya Komitəsi nəinki Avropa Oyunlarına Bakının ev sahibliyi etməsini, ümumiyyətlə Avropa Qitə Oyunlarının keçirilməsinin əleyhinə səs verən 8 komitədən biri olmuşdur.

Qeyd etmək istərdik ki, Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı standartlara əməl olunması haqda danışan İsveç "hüquq müdafiəçiləri" unudurlar ki, 1986-cı il fevralın 28-də İsveçin paytaxtı Stokholmda İsveçin Baş naziri Ulof Palmenin odlu silahdan açılan atəş nəticəsində öldürülməsi, 2013-cü il sentyabrın 11-də İsveçin xarici işlər naziri Anna Lindin qəddarcasına qətlə yetirilməsi, minlərlə etirazçının ölkədə son zamanlar məscidlərdə törədilən hücumlara qarşı İsveç parlamentinin qarşısında təşkil olunmuş etiraz aksiyaları və bu kimi onlarla problemi olan ölkəni təmsil edirlər. Onların insan hüquqlarının və demokratik rejimin müdafiəçisi qismində çıxış etməsi reallıqdan uzaqdır.

Eyni zamanda, söylənilənlərin əksinə olaraq, Azərbaycanda kütləvi informasiya vasitələrinin, söz azadlığının qorunduğunu və indiyədək Azərbaycana səfər etmiş əcnəbi jurnalistlərin fikirlərinə hörmətlə yanaşıldığını nəzərə alsaq, bu məsələ ilə bağlı irəli sürülən fikirlər də həqiqətə uyğun deyildir.

İsveç Olimpiya Komitəsinin Bakıda keçiriləcək Avropa Oyunlarında iştirakına və xərclərinin "Bakı 2015" Avropa Oyunlarının Əməliyyat Komitəsi tərəfindən ödənilməsinə gəldikdə isə qeyd etmək istərdik ki, bu, təkcə İsveç komandasına aid deyil, bütün iştirakçı ölkələrin komandalarının nəqliyyat, yaşayış və yemək məsrəfləri ödənilir. Bütün Olimpiya Oyunlarında tətbiq edilən bu prinsip Avropa Olimpiya Komitəsinin qərarı ilə "Bakı 2015" Avropa Oyunlarına da şamil edilir.

Azərbaycanın qapıları hamı üçün açıqdır. Ümid edirik ki, böyük uğur qazanacaq "Bakı 2015" Avropa Oyunlarından sonra insanlar Azərbaycanı daha yaxından tanıyacaq, onu dərk edəcək, bizə qarşı yönəldilmiş bu kimi təxribatlara son qoyulacaqdır".

Milli Olimpiya Komitəsi

Tarix
2015.05.05 / 13:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla