Yuxarı

Bakıda VI beynəlxalq konfrans başladı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda keçirilən konfransa 70 xarici qonaq qatılıb.

 

5-7 may tarixlərində Bakı Slavyan Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda ənənəvi VI beynəlxalq elmi konfrans başlayıb.

 

Axar.az xəbər verir ki, 383 yerli və xarici alimin məqalələrinin qəbul olunduğu tədbir çərçivəsində plenar və bölmə iclasları keçiriləcək. Konfransda 19 ölkədən 69 qonaq (Rusiya, Belarus, Bolqarıstan, Polşa, Almaniya, Türkiyə, Gürcüstan, İngiltərə, Litva, İtaliya, Qırğızıstan, Çexiya, ABŞ, İsrail, İsveç, Misir, İran, Qazaxıstan, Niderland), eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondundan, AMEA-nın Elmi-Tədqiqat İnstitutlarından, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İdarəetmə Akademiyası, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (Bakı filialı), Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Milli Konservatoriyası, Bakı Musiqi Akademiyası, Polis Akademiyası, Bakı Biznes Universiteti, Bakı Avrasiya Universiteti, Qafqaz Universiteti, Azərbaycan Müəllimlər İnstitutunun Bakı filialı ilə yanaşı Şamaxı və Naxçıvan filialları, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Bakı Sənaye Pedaqoji Kolleci, Gəncə, Sumqayıt, Naxçıvan, Saatlı, Cəlilabad və Şamaxıdan nümayəndələr iştirak edəcəklər.

 

Artıq qonaqlar Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Konfransın açılış mərasimi BSU-nun akt zalında olacaq.

 

Mayın 6-da qonaqların Qax və Şəki rayonlarına səfəri planlaşdırılıb. Nümayəndə heyəti rayondakı Gürcü kilsəsi, Qax cümə məscidi, "Bilik Evi" ilə tanış olacaq, "Qədim Qax"da gəzintiyə çıxacaqlar. Qax Rayon İcra Hakimiyyəti başçısının iştirakı ilə Heydər Əliyev Mərkəzində toplantı keçiriləcək, qonaqlar Kürmük Alban məbədini ziyarət edəcəklər.

 

Günün ikinci yarısında Şəki Şəhərinə yola düşən nümayəndə heyətini İcra Hakimiyyəti qarşısında Ulu Öndərin abidəsi önünə gül qoyacaqlar, sonra qonaqlar Kiş Alban məbədini, Cümə məscidini ziyarət edəcək, Şəki Xan sarayı kompleksi ilə tanış olacaqlar. Heydər Əliyev Mərkəzində rayon İcra başçısının iştirakı ilə toplantı keçiriləcək.

 

Konfransın işi 7 bölmədə davam etdiriləcək: "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi", "Heydər Əliyev irsi və Azərbaycanın inkişaf strategiyası", "Müasir Azərbaycanda multikultural cəmiyyət və millətlərarası münasibətlər", "Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində", "Azərbaycan tarixi və mədəniyyəti", "Azərbaycan dili", "Azərbaycan Ədəbiyyatı". Konfransın işçi dilləri: Azərbaycan, rus və ingilis.

 

Konfrans çərçivəsində xarici qonaqların iştirakı ilə bir sıra ustad dərslərinin və dəyirmi masaların keçirilməsi nəzərdə tutulur.

 

Mayın 6-da, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində "Azərbaycan Multikulturalizmi və mədəniyyətlərarası dialoq" mövzusunda dəyirmi masa keçiriləcək.

 

Mayın 7-də qonaqlar Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Şöhrət Muzeyi, Bakının tarixi və görməli yerləri, eləcə də Azərbaycan Tarixi Muzeyi, N. Gəncəvi adına Azərbaycan Ədəbiyyat Muzeyi, Arxeologiya və Etnoqrafiya Muzeyi, Azərbaycan Dövlət Bayrağı Muzeyi ilə tanış ola biləcəklər. Saat 16.00-da "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda VI Beynəlxalq Elmi Konfransın bağlanışı və saat 18:00-da xarici qonaqların mətbuat konfransı keçiriləcək.

 

Çıxışçıların tezisləri kitab şəklində çap olunub iştirakçılara paylanacaq.

 

Bu günə qədər "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda artıq 5 konfrans keçirilib. Ənənəvi olaraq, dünyanın tanınmış alimləri beynəlxalq konfransa qatılaraq, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük xidmət göstəriblər.

Tarix
2015.05.05 / 12:01
Müəllif
Əli Taleh
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla