Yuxarı

Türkiyəli yazar I Avropa Oyunlarından danışdı – Özəl

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan rəhbərliyi bu cür böyük tədbirlərin təşkilatçılığı istiqamətində çox güclüdür, başarılıdır".

Bu sözləri Türkiyənin məşhur yazarı, əsərləri Azərbaycan teatrlarında da mütəmadi olaraq səhnələşdirilən Tuncər Cücənoğlu Axar.az-a Azərbaycanda keçiriləcək I Avropa Oyunları haqqında danışarkən deyib. Dramaturq bildirib ki, Azərbaycan bu dəfə də bu cür böyük bir tədbirin öhdəsindən uğurla gələcək:

"12-28 iyun tarixləri arasında keçiriləcək ilk Avropa Oyunlarının Azərbaycanda – Bakıda baş tutması məni həqiqətən çox həyəcanlandırdı. Dost və qardaş ölkə təşkil olunan bu yarışlarda bizim ölkəmiz Türkiyədən də 23 fərqli idman növü üzrə idmançının iştirak etməsi xəbəri məni daha da sevindirdi. Azərbaycan rəhbərliyi bu cür böyük tədbirlərin təşkilatçılığı istiqamətində çox güclüdür, başarılıdır. Çünki illər öncə, yenə Bakıda gerçəkləşən və mənim də iştirak edib şahidi olduğum Teatr Olimpiadalarında da Amerika, Rusiya, Çin, Fransa, Almaniya, İngiltərə, Gürcüstan başda olmaqla çox sayda ölkə iştirak etmişdi. Mükəmməl təşkilatçılıq sayəsində iştirakçılar olaraq böyük bir teatr bayramı havası yaşamışdıq. Ondan sonrakı günlərdə də bu tədbirin möhtəşəmliyi iştirakçıların dilindən düşməmişdi. Teatr istiqamətində gələcəyə yönəlmiş istək və gözləntilər inamla müzakirə olunurdu.

Bu dəfə də bu cür böyük bir tədbirin öhdəsində başarı ilə gələrək, ölkə olaraq böyümə yolunda ciddi addımlar atan qardaş Azərbaycana indidən uğur diləyirəm.

Əsərləri mütəmadi olaraq Azərbaycan teatrlarında səhnələşdirilən bir türkiyəli yazar olaraq yaradıcı və çalışqan xalqınızla qürur duyuram".

Tarix
2015.05.05 / 10:38
Müəllif
Məmməd Rauf
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla