Yuxarı

Şahzadə Diana dünyaya qayıtdı – Foto\Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngilis taxtının ikinci varisi Kembric şahzadəsi Uilyamla 4 il əvvəl ailə quran və ikinci övladını dünyaya gətirən Kembric hersoqinyası Keyt Midltonun qızının adı mediaya açıqlanıb.

Axar.az ingilis Teleqraf-a istinadən xəbər verir ki, Kensinqton sarayından verilən məlumata görə, şənbə günü paytaxt Londonun Sant Meri xəstəxanasında dünyaya gələn bütün dünyanın böyük maraqla gözlədiyi körpəyə Şarlotta Elizabet Diana adı verilib.

Körpənin adının nə olacağı ilə bağlı bir müddətdir ki, dünya mediası üzərindən sorğu aparılırdı. Taxt sıralamasında babası şahzadə Çarlz, atası şahzadə Uilyam və böyük qardaşı Corcdan sonra dördüncü olan şahzadənin adının Alis, Şarlotta və ya Diana olacağı təxmin edilirdi. Şarlotta Elizabet Diana adı seçilməklə uşağa həm kraliça Elizabetin, həm də 1997-ci ildə Parisdə yol qəzasında həlak olan Uels şahzadəsi Diananın adı verilmiş olub.

Qeyd edək ki, Kembric şahzadəsi Uilyamla Kembric hersoqinyası Keytin ilk övladı şahzadə Corc 2013-cü ildə anadan olub.

Tarix
2015.05.05 / 10:12
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla