Yuxarı

Stalinin şəxsi cəlladları, ağlasığmaz qətllər - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Stalinçilər və sovet vətənpərvərləri "staxanovçu" NKVD (Xalq Daxili İşlər Komissarlığı) cəlladları haqda hələ də susurlar. Lakin zaman keçdikcə bəzi ağlasığmaz sirlər açılır, insanları heyrətə gətirir.

Axar.az bu cəlladların arasında yer alan əsil rekordçuların adlarını təqdim edir:

General Vasili Bloxin şəxsən 20 min insanı güllələyib.

Pyotr Maqqo ondan bir qədər geri qalır – 10 min qətl!

Bu cəlladların çoxu öz əcəli ilə ölüb, hörmət-izzətlə dəfn olunub və onlar hələ də böyük ehtiramla xatırlanır.

Stalin repressiyalarından danışarkən, adətən, QULAQ yada salınır. Amma o, repressiya maşınının yalnız bir hissəsi idi. Yüz minlərlə insan QULAQ-a qədər artıq qətlə yetirilmişdi. NKVD güllələnmə sistemini mexanizm halına salmışdı.

Bu sistemin masştabı böyük təəccüb doğurur:

1937-ci ildə 353 074 insan güllələnib – günə, təxminən, 1000 adam.

1938-ci ildə – 328 618.

Növbəti illərdə isə qətllər birdən-birə azalmağa başlayır:

1939-cu ildə 2552, 1940-cı ildə 1649, 1950-ci ildə 1609.

Stalinin ölümünə qədər qətlə yetirilən insanların illik sayı, təxminən, bu rəqəmlərə yaxın idi.

Ona görə ki, cəlladlar başqa cinayətlərlə məşğul idi – on minlərlə polşalı zabit qətlə yetirilməli idi: Katın, Kalinin...

NKVD-nin cəllad komandası

Əgər cəlladlardan danışırıqsa, Vasili Mixayloviç Bloxinin adını çəkməmək haqsızlıq olar.

Öz çətin və uzun həyatı boyu Bloxin özü şəxsən 20 min adam güllələyib.

Pyotr Maqqo və S. N. Nadaraya Bloxindən sonra ikinci yerdə idi – adama 10 min qətl.

Vasili İvanoviç 1895-ci ildə Vladimir vilayətində doğulub.

15 yaşı olanda Moskvada bənna işləməyə başlayıb. Birinci Dünya Müharibəsi ərəfəsində isə onbaşı vəzifəsində çalışıb.

1933-cü ildə Moskva Memarlıq və İnşaat İnstitutunu bitirib və intellektual cəllad olub.

Bloxinin işi çətin idi. Amma cəllad komandasının digər 14 üzvündən daha çox yaşadı və təqaüdə çıxdı. Bəlkə də ona görə ki, o öz təhlükəsizliyinin qeydinə çox qalır və iş vaxtı içmirdi.

Cəlladlardan biri Yemelyanov xatırlayır:

"Arağı, təbii ki, özümüzü itirənə qədər içirdik. Nə edəsən, işimiz çətin idi. Elə yorulurduq ki, bəzən ayaq üstə zorla dayanırdıq. Odekalonla çimirdik, başqa cür qan və barıt iyindən xilas olmaq mümkün deyildi..."

Vasili Bloxin

Təsadüfi deyil ki, sözügedən şəxslər tez ölüb və ya dəli olublar.

Yusis 1931-ci ildə, Maqqo 1941-ci ildə, Vasili Şiqalyov və qardaşı İvan Şiqalyov 1944-cü ildə dünyasını dəyişdi.

Bəzi cəlladlar isə ağıllarını itirdiklərinə görə təqaüdə çıxdılar: Yemelyanov və Maqqo kimi...

Yemelyanovun işdən uzaqlaşması ilə bağlı hazırlanan sənəddə deyilir:

"Yoldaş Yemelyanov uzun müddət daxili orqanlarda operativ xidmət göstərdikdən sonra səhhəti ilə bağlı problem yaşadığından (şizofreniya) təqaüdə çıxır".

Pyotr İvanoviç Maqqo bir dəfə ardıcıl 20 insanı güllələyir. Otağa daxil olanda önünə çıxan rəisə baxıb bağırır:

"Nə dayanmısan burda?! Rədd ol bu dəqiqə! Yoxsa səni də yerindəcə güllələyərəm!"

Maqqo "Novodeviçi" qəbiristanlığında dəfn olunub və mütəmadi olaraq kimsə onun qəbrinin üstünə "cəllad" yazısı qoyur.

700 kitab, 700 ölü polyak

Vasili İvanoviç Bloxin insanları güllələməzdən əvvəl və sonra çay içməyi xoşlayardı. O, uşaqlıqdan atları çox sevirdi. Atlara qulluq haqda çoxsaylı kitablar oxumuşdu. Ölümündən sonra kitabxanasında atçılıqla bağlı 700-dən çox kitab aşkar olunmuşdu.

Xatırladaq ki, Bloxin şəxsən özü 700 polyakı güllələyib.

İnfarktdan vəfat edən Bloxini 1955-ci ildə "Novodeviçi" qəbiristanlığında dəfn ediblər. Bu məzarlıqda NKVD-nin digər cəlladları, o cümlədən, Maqqo da dəfn olunub.

Bütün bu cəlladlar hazırda "Stalin repressiyasının qurbanları" adlandırılır. Bax belə şöhrətli qəhrəmanların olub, Rusiya! Fəxr etməli nəyinsə var...

İndi aydındır ki, Boris Nemtsovu "Novodeviçi" qəbiristanlığında dəfn etməyə niyə yer tapılmayıb! Bu qədər cəlladın dəfn olunduğu qəbiristanlıqda boş yer tapmaq mümkün deyil!

Tarix
2015.05.05 / 10:03
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla