Yuxarı

Tolstoy: “Yazıçı gərək üç dəfə evlənə ki...”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dahilərin qadınları" layihəsində: Master və onun Marqaritaları

Bulqakovun sevgililərinin üçü də - Tanya (Tasya), Lyuba və Yelena - demək olar ki, yaşıd idilər, öz aralarında gözəllik yarışına girə bilərdilər və maraqlıdır ki, heç biri nikahda qocalmağa macal tapmayıb. Bununla belə, Bulqakov sonuncu zövcəsi Yelena Sergeyevna ilə yaşayarkən belə, onun əvvəlki iki "sələfi" ilə də qohumluq bağlarını saxlayırdı. Onlar isə öz memuarlarında yazıçı haqqında bir kəlmə də olsun, artıq-əksik söz işlətməməyə çalışıblar.

Adları hazırda ədəbi ensiklopediyalarda yanaşı çəkilən üç qızın hər biri Rusiya imperiyasının ayrı-ayrı bucaqlarında – Tanya (Tasya) Ryazanda, Lyuba Polşada, Yelena isə Riqada dünyaya göz açmışdılar. Tasya və Lyubanın valideynləri qədim familiyaya mənsub idilər və yüksək mənsəb tuturdular. Kiyev mülkədarlarının varisi və həvəskar aktyor Hikolay Lappa Saratov quberniyası vergi idarəsinin başçısı idi; politoloq və ədib Yevgeni Belozerski diplomat idi, sonralar isə aksiz idarəsində xidmət etmişdi. Əsil-nəcabətli zadəganlar nəslindən olan Tatyana və Lyubovla müqayisədə Yelena çox kasıb bir ailədən çıxmşdı, lakin dünyagörüşü və intellekti baxımından onlardan heç də geri qalmırdı. Onun atası - əslən Kiyevdən olan Sergey Nürenberq müəllim, vəkil, vergi müfəttişi və jurnalist kimi peşələrdə çalışmışdı.

Təsadüf həvəskarları Bulqakovun zövcələrinin bioqrafiyasında xeyli ümumi məqamlar tapırlar. "Marqaritalar"ın hamısı payızda dünyaya göz açıb: 1892-ci ildə Tanya, bir sonra Yelena, daha iki ildən sonra isə Lyubov. Hər üçü böyük ailələrdə böyümüşdü: Lappanın ailəsində altı, Belozerski və Nürenberqlərin ailələrində isə hər birində dörd uşaq var idi. Hər üçü uşaqlıqdan incəsənət heyranı idi. Lyuba ciddi şəkildə mahnı ifaçılığını və rəqs etməyi öyrənirdi, yaxşı şəkil çəkirdi, ədəbi zəkası ilə fərqlənirdi. Tasya Saratov opera teatrındakı bir premyeranı da buraxmırdı, çünki teatrı onun rəfiqəsinin atası maliyyələşdirirdi. Yelenanın atası Riqada dramatik teatrın əsasını qoymuşdu. Yelenanın özü isə aktrisa karyerası qurmağı arzulayırdı, hətta gimnaziyanı tərk edib bu sənətə hazırlaşırdı.

Tasya Lappa

Bulqakovun birinci arvadı, hamının Tasya adlandırdığı bu xanım mülayim, mehriban və qayğıkeş, Bulqakovun sözləri ilə desək, "məsum bir mələk" idi. Onlar erkən gənclik illərində tanış olmuşdular: Tanya Saratovda gimnaziyada ozuyurdu, 16 yaşı vardı və 1908-ci ilin yayını Kiyevdə nənəsi və xalası ilə keçirməyə gəlmişdi. Şəhəri gəzərkən onu müşayiət etməyi Mişa adlı oğlana – xalanın rəfiqəsi Varvara Bulqakovun oğluna tapşırırlar. Uzun çəkən birgə gəzintilər, həmişə olduğu kimi, öz işini birdəfəlik görür. Mixail gerçəkdən Tasyaya vurulur, sonra uzun müddət Saratova məktublar yazır, hətta o, söz verməsinə baxmayaraq, Milad bayramına gəlməyəndə özünü güllələmək istəyir. Mişanın qorxuya düşən dostu Tasyaya aşağıdakı məzmunda teleqram vurur: "Yalan da olsa, gələcəyiniz barədə teleqram vurun. Mişa özünü güllələyəcək". Tatyananı isə valideynləri Kiyevə buraxmırdılar. Mixailin anası kimi, onlar da yeniyetmələrin bu sevgisindən təşvişə düşmüşdülər. Lakin gənclərin duyğuları böyüklərin güman etdiklərindən uzunömürlü çıxdı – bu hissi hətta üçillik məcburi ayrılıq da söndürə bilmədi. Bu illər ərzində Bulqakov universitetə daxil oldu, Tanya isə gimnaziyanı medalla bitirdi və qızların realnı məktəbində sinif mürəbbiyəsi (inqilabdan əvvəl qız məktəblərində - tərc.) oldu. Lakin 1911-ci ildə nəhayət ki, Kiyevdə yenidən görünən kimi, Mixail başını itirir, qışda isə universitetdəki imtahanları da büsbütün unudaraq "cavab səfəri ilə" Saratova, onun yanına uçur və nəticədə kursda qalır.

Qızlarının seçimindən o qədər də razı qalmayan valideynləri əbəs yerə Tatyananın başını Parisdə təhsil almaqla qatmaq istəyirlər. O, artıq 1912-ci ildə Kiyevdəki Ali qadın kurslarına yazılmaqla öz taleyini müəyyənləşdirmişdi. Onlar növbəti yaz Mixaillə evlənməyi qərarlaşdırmışdılar.

Varvara Bulqakova da oğlunu, onun fikrincə, bu tələsik işdən yayındırmağa çalışırdı. Lakin bütün qadağa və qalmaqallar onun inadını yalnız daha da möhkəmləndirirdi. Nəhayət, Varvara Mixailovna təslim olur – qoy Tasya ilə Mixail özləri öz "ağılsız addımlarının" nəticələrinə qatlaşsınlar... Bulqakovlar ailəsinin köhnə dostu, gənclərə uzun müddət öyüd-nəsihət verən keşiş Aleksandr Qlaqolev canını dişinə tutaraq onlara xeyir-dua verir və 1913-cü ilin aprelində Podolskdakı Nikol Dobrı kilsəsində inadkar cütlüyün nikahını kəsir.

Morfi

1916-cı ildə Bulqakovun oxuduğu tibb fakültəsinin bütün tələbələrini zemstvo xəstəxanalarına təyin edirlər. Mixail və Tatyana Smolenskə getməli olurlar. Elə ilk gecə doğuma gələn qadının əri başını itirmiş gənc onu tapança ilə hədələyir: "Əgər arvadım ölsə, səni güllələyəcəm!" Doğuşu Tatyana ilə birlikdə qəbul edir: Tasya ginekologiya kitabında müvafiq səhifələri oxuyur, Bulqakov isə instruksiyaya diqqətlə əməl etməyə səy göstərirdi. Xoşbəxtlikdən, hər şey yaxşılıqla sonuclanır.

Bir müddət sonra Bulqakovu cəbhəyə səfərbər edirlər və o, qospitallarda isləməyə başlayır. Tatyana isə dekabrist arvadı kimi, ərinin ardınca yollanır və tibb bacısı işləyərək onunla birlikdə yaralılara yardım edir. "Onun amputasiya etdiyi ayağı tuturdum. İlk dəfə çox çətin oldu, sonra yavaş-yava öyrəndim", - deyə Tasya öz xatirələrində yazırdı.

Cəbhədən qayıtdıqdan sonra Bulqakov Smolensk yaxınlığındakı balaca Sıçevka kəndində zemstvo həkimi işləyir, Tatyana da ora yollanıır. Pasiyentlər çox idi, əksəriyyəti isə aclıq və dərman yoxluğundan ölürdülər və gənc həkim heç nə ilə onlara kömək edə bilmirdi. Xəstələr ucu-bucağı görünməyən növbəyə düzülürdülər, bəzən bir gündə qəbula 100 nəfər gəlirdi! Bir dəfə Bulqakovun yanına difteriyalı uşaq gətirirlər. Həkim xəstənin kiçik boğazından qaysaqlamış təbəqəni borucuq vasitəsilə sormalı olur. Təbii ki, Mixail infeksiyaya yoluxur, difteriya əleyhinə zərdabın isə ağır əlavə təsirləri var idi: Bulqakovun üzü şişir, bütün bədəni səpir və dözülməz dərəcədə qaşınır, ayaqlarında dəhşətli ağrılar əmələ gəlir. Вulqakov feldşerdən xahiş edir ki, ağrını kəsmək üçün az miqdarda morfi vursun... Sayılı günlər ərzində o, tamamilə başqa birisinə çevrilir, sanki ağlını itirir, hallüsinasiyalar yaranır: bütün günü hansısa nəhəng bir ilan görünür gözünə və bu ilan sümüklərini qıraraq onu boğur. İlandan isə yalnız ağ kristallar xilas edə bilir və Mixail onların köləsinə çevrilir, morfiyə qəlbindəki müqəddəs hər şeyi – hətta Tasyaya olan sevgisini də silib atmağa imkan verir.

Narkomanla birgə həyat həmişə dözülməz bir sınaqda olmaq deməkdir, dörd bir yanından viranə həyat və kasıbçılıq boylananda isə bu, əsil fəlakətə çevrilir. Morfi tapmaq üçün ailənin zinət əşyalarını satmalı, ən zəruri ehtiyaclarını ödəməkdən imtina etməli olurdular. Tutmalar zamanı Bulqakov gah həddən artıq aqressiv olur (arvadını silahla təhdid edirdi, bir dəfə hətta yanan primusu onun üstünə atmışdı), gah da ağlayır və Tasyaya yalvarırdı ki, onu narkomanlar evinə verməsin. Tatyana məcburiyyət qarşısında bətnindəki uşaqdan imtina etməli olur (həm də artıq ikinci dəfə). Mixail qorxurdu ki, onun narkotika asılılığı üzündən uşaq xəstə doğular.

1917-ci ilin fevralında Bulqakov öz asılılığından qurtulmaq və müalicə olunmaq üçün Moskvaya gedir. Lakin narkotiklərdən onu həkimlər deyil, sədaqətli Tatyana xilas edir. 1918-ci ilin yazında ər-arvad Kiyevə qayıdır, orada Bulqakovun ögey atasının məsləhəti ilə Tatyana morfinin hər bir dozasını distillə olunmuş su ilə durulaşdırır və nəhayətdə ərinə yalnız su vurmuş olur. Kiyevdə onlar nisbətən sakit keçən bir il yaşayırlar.

Ağ qvardiya

1919-cu ildə Bulqakov yenidən orduya yazılır (bu dəfə o, ağ əsgər və zabitləri müalicə edirdi) və cütlük Vladiqafqaza yollanır. 1920-ci ilin qışında Mixail çox ağır yatalaq (tif) xəstəliyinə yoluxur və Tasyanın payına yenə də sərt və ağır sınaqdan keçmək düşür. Xəstəlik üzündən onlar ağlarla birlikdən şəhərdən çıxa bilmirlər (Bulqakov buna görə həmişə onu ittiham edirdi), Tasya həkim axtarışına çıxmalı olur, xəstəsini sağaltmaq və yedirtmək üçün qalan qızıllarını da satır. Məhz bu dönəmlərdə o, nişan üzüyünü də satmağa məcbur qalır və sonralar həmişə bu hərəkətini ailələrinin dağılması səbəbi kimi xatırlayır. Bulqakov sağalanda nəyi isə düzəltməyə çalışır: Batuma getmək, İstanbula gedən gəminin anbarında gizlənmək haqda gizli danışıqlar aparmaq... Tasyaya deyir: "Orda oturmağın bir faydası yoxdur. Harda oluramsa olum, səni də çağıracam. Moskvaya get". Tasya ərindən həmişəlik ayrılacağına əminliklə yola düşür. Lakin Türkiyəyə qaçış baş tutmur və Mixail Afanasyeviç arvadının ardınca Moskvaya gəlir.

Duyğuların iztirabında

Moskvada həyat əvvəlki axını ilə gedirdi: gündüzlər Bulqakov harasa qeyb olur, daimi bir işə düzəlməyə çalışır, gecələr isə yazır və xahiş edirdi ki, Tasya mütləq onun yanında otursun. Əsəb gərginliyindən həmişə yazıçının əlləri buzlayırdı və Tasya pilətədə onunçün su qızdırırdı: Bulqakov əllərini isti suya salanda xeyli yüngülləşirdi... Tasya, həmişə olduğu kimi, özünü düşünmədən fədakarcasına ərinin qayğısına qalır, lakin onun nə yazdığı ilə heç vaxt maraqlanmır, heç vaxt heç nə oxumurdu... Tanışlıqlarından keçən on ildən artıq bir müddətdə Tasyanın özündə heç nə dəyişməmişdi, amma ərində, əksinə, çox şey dəyişmişdi...

Lakin ömrünün son günlərinədək Bulqakovda dəyişməyən bir cəhət qaldı ki, bu da onun coşğun, həyəcanlı, romantik sevgi həsrəti idi. Təəssüf, Tasya ilə müünasibətlərində isə hər şey çox mürəkkəb idi, hər şey bir-birinə qarışmışdı: günah, təəssüf hissi, mərhəmət duyğusu... Bir sözlə, Bulqakov zövcəsinə xəyanət etməyə başlayır – tez-tez, həm də tamamilə açıq-aşkar... "Onun sonsuz sevgililəri var idi, - sonralar Tatyana Nikolayevna müsahibələrinin birində belə deyəcəkdi. - O, deyirdi ki, yazıçıdır və ona ilham mənbəyi lazımdır, mən isə hər şeyə barmaqarası baxmalıyam. Belə ki, qalmaqallar da olurdu, bir dəfə hətta üzünə də ilişdirmişdim". Hələ bir də mühacirətdən yenicə qayıtmış Aleksey Tolstoy vardı. Həmişə Bulqakovun çiyninə döyəcləyərək deyirdi: "Dədə, arvadı dəyişmək lazımdır. Yazıçı olmaq üçün üç dəfə evlənmək gərəkdir". "Bilirsən, gəl, boşanaq, - axır ki, Bulqakov deyir. – Lazımi ədəbi tanışlıqlar qurmaq üçün özünü subay hiss etmək daha rahatdır. İncimə, bizim zəmanədə sadiq və təmiz qalmaq çətindir. Ancaq mən səni heç vaxt tərk etməyəcəm!" Aydındır ki, o öz vədini tuta bilmədi.

Tasya ilə 11 illik nikahdan sonra Bulqakov Lyubov Belozerskayanı gerçəkdən sevir. Əvvəlcə Mixail Tasyaya təklif edir ki, onların mənzilində üçlükdə yaşasınlar (üçüncü, aydındır ki, Lyuba olmalı idi), lakin qəti şəkildə rədd cavabı alan yazıçı əşyalarını toplayıb gedir və axırda Belozerskaya ilə evlənir də. Lakin o, Tasyanı da unutmamağa çalışırdı – bəzən alış-veriş işlərində ona kömək edir, tez-tez baş çəkirdi. Yalnız Bulqakov "Ağ qvardiya" əsərinin nəşr olunduğu jurnalı gətirib ona gösətərəndə Tasya keçmiş ərini birdəfəlik qovmaq rərarına gəlir. Birinci səhifədə "Lyubov Yevgenyevna Belozerskayaya həsr olunur" yazısını oxuyan Tasya jurnalı Mixailin üzünə çırpır: "Sən bu romanı yazanda yanında oturan mən idim. Səninçün su isidən də mən idim. Nəhayət, məhz mənim nənəmin qızlıq familiyası Turbina idi!" Bulqakov çaşıb qalmışdı, Belozerskaya xahiş edib, o da bu səfeh ithafı yazıb! Lakin belə bir xırdalıq baş verənlərin möhtəşəmliyi qarşısında ona çox əhəmiyyətsiz gəlirdi: onun romanı nəşr olunmuşdu! Fəqət onlar bir daha heç vaxt görüşmürlər!

Sonra Tasya Moskvanı tamamilə tərk edib Sibirə üz tutur, bir həkimə ərə gedir, lakin bu nikah uğursuz olur. Bulqakov dünyaya əlvida deyəndə Tasyanı tapa bilmirlər. Lakin qəzetdən xəbəri alan sədaqətli Tasya Moskvaya tələsir. Dəfnə Mixail Afanasyeviçin bacıları da gəlir, Yelena Sergeyevnanı isə çağırmırlar: Bulqakovun ailəsi Tasyadan başqa onun heç bir arvadını qəbul etmirdi...

Tezliklə Tatyana Nikolayevnanı David Kiselqof axtarıb tapır. Bir vaxtlar hələ hüquq fakültəsinin tələbəsi ikən ədəbi dərnəkdə o, Bulqakovun arvadına lal bir heyranlıqla baxırdı. Hətta bununla sədaqətli olmasa da, qısqanc olan Bulqakovu əsəbləşdirmişdi də. Sən demə, David düz qırx il Tasyanı xatırlamış və sevmişdi və 1965-ci ildə artıq yaşa dolmuş qadın ikən Tasya üçüncü dəfə ərə gedir və son günlərinədək yaşadığı Tuapseyə yollanır. O, 90 yaşında vəfat edir.

Tərcümə etdi: Təhminə C.B.

Tarix
2015.05.05 / 09:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla