Yuxarı

Ali məktəblərə qəbulda hansı dəyişikliklər olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında bəzi dəyişikliklər edib.

Axar.az xəbər verir ki, bu barədə TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, ali məktəblərin bakalavr və magistratura səviyyələri üzrə qəbul planı Azərbaycan Prezidenti yanında Təhsil üzrə Komissiyası tərəfindən TKDQ-ya təqdim olunub.

Komissiya sədri qeyd edib ki, qəbul planı hazırlanarkən onlar tərəfindən də təqdim olunan müəyyən təkliflər nəzərə alınıb. M.Abbaszadə qeyd edib ki, TQDK təkliflər verərkən qəbul planının ötən illərdə dolma səviyyəsi və abituriyentlərin ixtisaslara olan marağı nəzərə alınıb. Komissiya Azərbaycan və rus bölməsində bəzi ixtisaslar üzrə isə müsabiqənin birgə aparılmasını da təklif edib:

"Magistratura və bakalavr səvyyəsi üzrə müəyyən ixtisaslarda bu təkliflər nəzərə alınıb. Bu yaxınlarda "Magistr" jurnalının növbəti sayı dərc olunacaq. Burada magistraturaya qəbul planında olan dəyişikliklər əks olunacaq. Artıq 1 ay öncə olan anonslar təkliflərdə öz əksini tapıb. Belə ki, AMEA üçün magistratura səviyyəsi üzrə 20 plan yeri ayrılıb".

Bundan başqa komissiya ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə elektron ərizə təqdim edən və həmin ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlərin rahatlığını təmin etmək və onların vaxtlarına və vəsaitlərinə qənaət olunması üçün səyyar SQK-lar da yaradacaq. Trend-in məlumatına görə, komissiya sədri qeyd edib ki, TQDK-nın Respublikanın müxtəlif bölgələrində yerləşən regional bölmələrinin (Gəncə, Xaçmaz, Şəki, Lənkəran, Şirvan, Göyçay, Ağcabədi və Naxçıvan) əhatə etdiyi rayonların hər birində bir gün olmaqla səyyar SQK-lar fəaliyyət göstərəcək. Bunun nəticəsində ərizələrini SQK-larda təsdiq etdirməli olan abituriyentlər öz ərizələrini yaşadıqları rayonda yaradılacaq səyyar SQK-da təsdiq elətdirə biləcəklər.

Səyyar Qəbul Komissiyaları sabahdan başlayaraq mayın 18-nə kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, dünən TQDK tərəfindən ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün respublikanın 35 şəhər və rayonunda sonuncu sınaq imtahanı keçirib.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 49 min 994 abituriyent qeydiyyatdan keçib.

Tarix
2015.05.04 / 13:43
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla