Yuxarı

Millət vəkili: “Ən böyük zibillik elə…”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Müstəqillik əldə olunandan sonra Azərbaycanda ortaya çıxan ən böyük zibillik də, deyəsən, şeir zibilliyi oldu".

 

Axar.az xəbər verir ki, bu açıqlama ilə millət vəkili Fazil Mustafa çıxış edib. O, artıq şeir yazmağın dəb halına çevrildiyini bildirib:

 

"Müstəqillik əldə olunandan sonra Azərbaycanda ortaya çıxan ən böyük zibillik də, deyəsən, şeir zibilliyi oldu. Pul tapan, vəzifəsi olan, mərhum Əli Kərimin dediyi kimi, "kababın üstündən sərin su pis olmaz" deyən hər kəs cümləsinin qarşısına "biz şair xalqıq" bəhanəsini soxuşduraraq, maklatura kitablar çap etməyə başladılar. İndi şeir adı ilə cızma-qara etmək kütləvi şəkildə Həccə getmək kimi bir dəbə çevrilib. Ötən günlərdə kitabxanamda islahat apararkən mənə yazılıb göndərilən 15-20 şeir kitabını vərəqləyəndə bu acınacaqlı halı bir daha xatırladım. Şeir yazmağı bu qədər bəsit əyləncəyə çevirən insanlara gülümsəyib, keçməklə iş bitmir. Hansısa qınaq formalarının da tapılması vacibdir. Bununla belə, son vaxtlar sosial şəbəkədə kəşf etdiyim və zövqlə oxuduğum Xanım İsmayılqızı, Elçin Mirzəbəyli kimi müəlliflərin paylaşdığı şeirləri də müsbət hadisə kimi qeyd etməliyəm. Burada adını çəkmədiyim istedadlı şairlərimiz də var və onları da həvəslə, heyrətlə oxuya bilirsən. Ancaq nə yazıq ki, istedadsızların böyük çoxluğu şeir gəmisinə yığışıb. Bu gəmini batırmasalar yaxşıdır".

Tarix
2015.04.21 / 17:47
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla