Yuxarı

“Müğənni də ora-burasını açır ki...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İndi bəstəkarlar müğənnilərə mahnını pulla verir və onları keyfiyyət düşündürmür".

Bu sözləri xalq artisti Flora Kərimova bəstəkar Ramiz Mirişlinin vəfatı ilə bağlı Axar.az-a danışarkən deyib:

"Allah Ramiz Mirişliyə rəhmət eləsin. İstedad proqnozla olmur, Yaradandan asılı olan bir şeydir. Böyük sənətkarlar Xan Şuşinski, Seyid Şuşinski, daha sonra savadlı, musiqini nota köçürən Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, onlardan sonra Fikrət Əmirov, Qara Qarayev və s. nəsillər bir-birini əvəz etdi. Deyə bilmərəm ki, bundan sonra elə bir musiqi nəsli yetişəcək, ya yox. Onlar bu istedadı estafet kimi nəsildən-nəslə ötürmüşdülər. İndi bəstəkarlar müğənnilərə mahnını pulla verir və onları keyfiyyət düşündürmür. Müğənni də ora-burasını açır ki, yadda qalsın – elə bununla da yadda qalır, sənəti ilə yox. Əvvəllər tərbiyəsizlik var idisə də, pərdə arxasında idi, mətbəxdə bir-birimizlə pıçhapıç edirdik. İndi isə müğənnilər tərbiyəsizliyin propaqandası ilə məşğul olurlar. Ancaq bu amalı olan müğənninin cibi həmişə pul ilə dolu olur. Elələri sənət haqda, mənəviyyat haqda düşünmürlər. Hər şeyi qurban verirlər. Millətin, xalqın qanından, istedadından bəhrələndilər, ancaq musiqisini ona qaytarmadılar. Bax, ona görə bu gündəyik biz".

Xatırladaq ki, xalq artisti Ramiz Mirişli aprel ayının 17-də vəfat edib.

Tarix
2015.04.21 / 15:47
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla