Yuxarı

"Bakcell"dən tələbələr üçün yeni imkanlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi "Bakcell" şirkətinin əməkdaşları universitet tələbələri ilə növbəti görüş keçiriblər. Azərbaycan Dövlət İqtisad Universitetində təşkil olunan görüşdə "SABAH" qrupuna daxil olan müxtəlif universitetlərdən olan tələbələr iştirak ediblər.

Axar.az xəbər verir ki, görüş zamanı "Bakcell" şirkətinin kadrlar şöbəsinin əməkdaşları tələbələr üçün nəzərdə tutulmuş "Smart Start" təcrübə proqramı barədə məlumat verməklə yanaşı, CV hazırlanması və iş müsahibələrinə hazırlıq prosesi barədə ətraflı məlumat və məsləhətlər veriblər.

Karyerasına başlamaq və ilkin iş təcrübəsinin olmaması səbəbindən işə düzəlməkdə çətinlik çəkən tələbə və məzunlar üçün nəzərdə tutulmuş "Smart Start" proqramı iş mühiti ilə tanış olmaq, praktiki təcrübəyə yiyələnmək və işə hazırlıq bacarıqlarını inkişaf etdirmək imkanı yaradır. Təcrübə müddəti 2 ay olmaqla, həftədə 5 tam iş günüdür. Təcrübəçilərin gündəlik nəqliyyat və qida tələbatlarını ödəmək üçün Bakcell onlara müvafiq məbləğdə təqaüd verir. Təcrübə proqramı başa çatdıqda bütün iştirakçılar qiymətlənirilir və layihədə iştirak etdiklərini təsdiq edən sənədlə təltif olunurlar. "Smart Start" proqramı barədə daha ətraflı məlumatı http://www.bakcell.com/az/student-opportunities səhifəsindən əldə etmək olar.

Bununla yanaşı, tələbələrə Azərbaycan dilində mobil applikasiyaların yaranmasını dəstəkləyən Applab proqramı və gənclər üçün geniş imkanlar yaradan digər layihələr barədə ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.

"Applab" layihəsinin məqsədi sahibkarların və proqram tərtibatçılarının öz ideyalarını daha sürətlə həyata keçirməsinə və Azərbaycan və beynəlxalq bazarlar üçün istifadəyə tam hazır mütərəqqi mobil tətbiqetmələr yaratmalarına kömək göstərən effektiv alətlərin təmin edilməsidir. "Applab" proqramına qoşulmaq çox asandır. Bunun üçün http://www.bakcell.com/az/join-applab səhifəsinə daxil olub ərizə formasını doldurmaq yetərlidir.

Qeyd edək ki, bu görüşdən bir həftə öncə "Bakcell" əməkdaşları Azərbaycan Universitetinin tələbələri ilə də görüş keçiriblər. Tələbələrin xüsusi maraqlarını nəzərə alaraq "Bakcell" şirkəti belə görüşləri davamlı şəkildə digər təhsil ocaqlarında da keçirməyi planlaşdırır.

Tarix
2015.04.21 / 15:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla