Ana səhifə Kult |
Region TV-də yayımlanan yerli internet resurslarının inkişaf dinamikasını təqdim edən "Medialayn" verilişinin budəfəki buraxılışı Teleqraf Media Qrupa həsr olunub.
Axar.az xəbər verir ki, veriliş çərçivəsində Teleqraf Media Qrupun məsul əməkdaşları ilə söhbətlər aparılıb, qurumun fəaliyyəti ilə bağlı məlumatlar ictimaiyyətə çatdırılıb.
2012-ci ildən fəaliyyət göstərən "Gündəlik Teleqraf" qəzetinin siyasət şöbəsinin redaktoru Dilqəm Əhməd, "Teleqraf.com" saytının redaktoru Zahid Nurəliyev, Axar.az saytının redaktoru Pərviz Cəbrayıl qurumun prioritetləri, fəaliyyət istiqamətləri haqda məlumat verib.
Sonda Teleqraf Media Qurumun yaranma tarixi və zərurəti, gələcək planları haqda holdinqin rəhbəri Aynur Camalqızı öz fikirlərini bölüşüb:
"Bizim Teleqraf Media Qrup bu il mart ayının 1-də 3 yaşını qeyd etdi. İlk yarananda "Gündəlik teleqraf" qəzeti, "Teleqraf.com" saytı və "Publika.az" saytı ilə fəaliyyətə başladıq, daha sonra isə sıralarımız genişlənməyə başladı. Düşünürəm ki, çox sürətlə Azərbaycanda xəbər və media mühitinə inteqrasiya edə bildik, tez bir zamanda adaptasiya olduq. Bu gün artıq Azərbaycan mediasında bizim özünəməxsus yerimiz var. Azərbaycan oxucuları üçün "Publika.az", Axar.az, "Teleqraf.com" saytının və eyni zamanda "Gündəlik teleqraf" qəzetinin yeri bir başqadır. Çünki biz oxucularla bir az fərqli ünsiyyətə başladıq. Daha çox çalışdıq ki, Avropa media dəyərlərini Azərbaycana gətirək. Daha çox öz fəaliyyətimzi xəbər üstündə qurmağa çalışdıq və eyni zamanda Türkiyə mediasında mövcud olan bir sıra ənənələri ilk olaraq biz Azərbaycana gətirdik".
Tarix
2015.04.21 / 12:48
|
Müəllif
Rəfiqə Əlisəfa
|